 |
Ölkə
“NEFT PAYIMIZI VERİN!..” 2010-09-06 Respondentlərimiz Dövlət Neft Şirkətinə müraciət edəcək
|
Azərbaycan Konstitusiyasına görə, yerüstü və yeraltı sərvətlər xalqa məxsusdur. Ölkəmiz də neft sərvətləri ilə zəngindir. Ancaq 17 ildir ki, Azərbaycanda başqa bir “konstitusiya” işləyir. İllərdir ki, 9 milyonluq xalqı da həmin “konstitusiyaya” itaət etdirir, səfalət içində saxlayırlar. Hərçənd təbii sərvətləri başından aşan Azərbaycan xalqı problemsiz və firavan yaşamalı idi. Məlumdur ki, ölkə iqtisadiyyatının 90%-ni neft gəlirləri təşkil edir. Ancaq xalqa bu neft payından qəpik-quruş ayrılır. Statistikaya nəzər salaq. Bu gün ölkədə 167.891 təqaüdçü var. Onlardan cəmi 680 nəfər 1000 manatdan, 6700 nəfər isə 300 manatdan çox pensiya alır. Bütövlükdə pensiyaçıların 60,4 faizi 75 manat pensiya ilə kifayətlənməli olur. Bu yaxınlarda sabiq deputat Mətləb Mütəllimli neftdən ona çatacaq payı almaq üçün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət edəcəyini bildirmişdi. Bəs siz necə, neft payınızı almaq üçün ARDNŞ-nə müraciət edərdinizmi? Sualla paytaxt sakinlərinə müraciət etdik və istədikləri payın məbləğini öyrəndik. 50 yaşlı Məhərrəm Həmidov neft payını alacağına ümidsizdir: “Kim istəməz öz neft payını? Sadəcə, biz əmin ola-ola ki, onu verməyəcəklər, o zaman müraciətin heç bir mənası yoxdur. 75 manat pensiya verməklə düşünürlər ki, neft payı onun içindədir. Bu ölkənin altı da, üstü də 5-10 adama məxsusdur. Bu məsələdə ümidsizəm. Amma formal olaraq müraciət etmək barədə fikirləşirəm”. Hafiz Əsədov adlı müəllim neft ölkələrini “bədbəxtlər ölkəsi” adlandırdı: “Həmişə neft ölkələrini despotlar idarə edir. Bir vətəndaşın evini söküb sonra normal kompensasiya verməyən hökumət neft payı verərmi? Əsla. Hər halda, sizin sualınızdan sonra şans üçün müraciət edəcəm. Fikrimcə, ayda 500 manat əlavə neft payından hər bir vətəndaşa paylansa, bu ölkədə seçkiləri saxtalaşdırmağa, zorakılığa ehtiyac olmazdı. Xalq özü həmin rəhbəri dərhal seçərdi. Kaş ki, neftimiz olmayaydı”. Dövlət Neft Akademiyasına bu il qəbul olan tələbə Fərid Sücəddinov isə deyir ki, Azərbaycan nə Norveç, nə də Küveyt modelini seçib, əksinə, Nigeriya yoluna üz tutub: “Neftimizdən qan və korrupsiya qoxusu gəlir. Heç olmasa, Küveyt kimi bir ölkə qura bilərdik. Baxmayaraq ki, orada təbii sərvətlər kralın, şeyxlərindir. Mahiyyətcə bizim onlardan fərqimiz yoxdur. Azərbaycandan fərqli olaraq orada təhsil, səhiyyə pulsuzdur. Rüşvət alan məmuru, prokuroru cəzalandırırlar. Mən ARDNŞ-yə müraciət etmək istəyirəm. Amma bilirəm ki, nəticəsi olmayacaq. Biz öz haqqımızdan məhrum olunmuşuq”. Aptekdə əczaçı işləyən Nailə Məmmədova neft payından ayda 1000 manat istədiyini söylədi: “Ancaq bunu bizə kimdir verən? Kabinetlərdə oturanlar xalqı özləri kimi fikirləşirlər. Çünki onlar pul görüb deyə, xalqa da neft payı verməkdən qorxurlar. Birdən millət varlanar və başqa haqlarını da tələb edər. Rumıniya, Norveçdə isə hər bir vətəndaşın bankda hesabı olur. Amma biz fironlar ölkəsində yaşayırıq”. “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanılı hazırkı reallıqlar daxilində xalqın neftdən yalnız ziyan çəkdiyi qənaətindədir: “Neftdən pay almaq deyəndə gözümün önünə kəndimizi əhatələmiş saysız-hesabsız neft buruqları gəlir. Neftdən pay almaq isə heç ağlıma belə gəlmir. Necə yəni, mənə, sadə Azərbaycan vətəndaşına neftdən pay verərlərmi? Mən istəsəm belə neftdən, hər gün işə gəlib-gedəndə gördüyüm neft gölməçələrinə, udduğum zəhərli havaya rəğmən pay ala bilərəmmi? İndiki hakimiyyətlə bu ağlasığmazdır. Ümumilikdə isə düşünürəm ki, Azərbaycanda sadə bir vətəndaşa neftdən pay çatması üçün azca ədalət hissi olan bir hakimiyyət bərqərar olmalıdır. Bu məsələdə demokratiyanın xalqın mənəvi dəyərinə çevrilmiş Norveçin modelini dilə gətirməkdə belə çətinlik çəkirəm. Amma ortada bizim hakimiyyətə “bir köynək yaxın” ərəb ölkələrinin modeli də var. Ərəb şeyxləri də xalqa demokratiya vermirlər, amma əvəzində neftdən ədalətli pay ayırırlar. Ərəblərə baxıb “Alov dilləri” kimi layihələri plagiat etdikləri kimi, neft gəlirlərinin bölgüsü məsələsini də elə “oğurlayıb” Azərbaycanda tətbiq eləsinlər. Bu da olsun xalqa neftdən pay. Hazırda bir ovuc məmur, onlara rəhbərlik edənlər xalqın gözü qarşısında neft pullarını acgözlüklə basıb yeyirlər. İndiki iqtidar hakimiyyətdə olduğu müddətdə xalqa neftdən pay çatacağına inanmıram". Apardığımız sorğudan bir daha qənaət hasil olur ki, insanların neftdən onlara pay çatacağına inamları qalmayıb. Emil SALAMOĞLU 1129 dəfə baxılıb
|
[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR [11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ [11.02.2012] - BÖLGƏLƏR DƏ DONUR [11.02.2012] - BAKIDA İKİ DƏHŞƏTLİ AİLƏ ZORAKILIĞI [11.02.2012] - «EUROVİSİON-2012» ÜÇÜN 63 MLN. DOLLAR AYRILACAQ [10.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [10.02.2012] - ZÜLFÜQARLILARIN MƏHKƏMƏSİNDƏ LERİKLİ ÇOBANIN VİDEOETİRAFI MÜZAKİRƏ EDİLDİ [10.02.2012] - MƏHKƏMƏ ZEYNƏB XANLAROVANIN BACISI OĞLUNUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [10.02.2012] - DÖVLƏT QURUMLARINDAN ŞAXTALI VƏ QARLI AÇIQLAMALAR ARXIV
|