13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

GƏNCƏNİN 2504 İLLİYİNƏ HAZIRLIQ GÖRÜLÜR

2010-09-06

Yubiley tədbirlərinin proqramı zəngindir

Gəncənin 2504 illiyi ilə əlaqədar şəhərdə geniş hazırlıq işlərinə başlanılıb. Sentyabrın 22-23-nə planlaşdırılmış ikigünlük bayram şənliklərinə əhalini küçə və meydanlarda xüsusi carçılar səsləyəcəklər. Onları süvarilər və faytonlar müşayiət edəcək.

Şəhər icra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, yubiley tədbirlərinin proqramı çox zəngindir. Belə ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündə Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şair Məmməd Alimin əsəri əsasında hazırlanmış “Gül və zəhər” tamaşası nümayiş olunacaq, sonra Milli Ordunun əsgərləri və idmançılar Şah İsmayıl Xətai prospekti boyunca yürüş edəcək.
Tədbir Gəncə darvazalarının yanında davam etdiriləcək. Burada aktyorların ifasında müxtəlif tamaşalar göstəriləcək. Proqramda görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin müzeyində Gəncə Dövlət Kamera Orkestrinin çıxışı da nəzərdə tutulub.
Bayram tədbiri Gəncənin mərkəzi meydanında keçiriləcək böyük el şənliyi və konsert proqramı ilə başa çatacaq.

Xəbər xidməti

488 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008