13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

NARAZI SAHİBKARLAR NƏQLİYYAT NAZİRLİYİNƏ YÜRÜŞ EDƏCƏK

2010-09-06

Obyektləri əlindən alınmış narazı sahibkarlar Nəqliyyat Nazirliyi və “ZQAN-Holdinq”ə yazdıqları şikayət ərizələrinə cavab ala bilmir. Bu səbəbdən də 10-a yaxın narazı sahibkar yaxın günlərdə “ZQAN”-ın qarşısında yenidən aclıq aksiyasına başlamağa qərar veriblər. Bu barədə “Yeni Müsavat”-a sahibkar Hidayət İsmiyev məlumat verib. O həmçinin əməkdaşımızla söhbətində deyib ki, narazı sahibkarlar bu gün Prezident Administrasiyasının qarşısına toplaşacaq.

“Ötən həftə Rusiya prezidentinin Bakıya səfəri ilə bağlı ”ZQAN"-ın qarşısında keçirmək istədiyimiz aksiyanı təxirə salmalı olduq. Hətta bu barədə şirkətin mühafizə xidmətinin rəis müavini Füzuli Hüseyinovu da məlumatlandırdıq". Sentyabrın 7-də “ZQAN”-ın Nəsimi rayonunda yerləşən mərkəzi ofisi qarşısında aksiya keçirəcəklərini söyləyən sahibkar artıq bununla bağlı aidiyyəti orqanlara xəbərdarlıq etdiklərini də dedi: “ Razılığa əsasən, ”Beşmərtəbə" və Cabbarlı heykəlinin yaxınlığındakı keçidlərdə işləyən ticarətçilər də aksiyaya dəstək verəcəklər. Artıq bununla əlaqədar xeyli sayda müraciətlər olunub".
H. İsmiyevin sözlərinə görə, yaxın günlərdə narazı sahibkarlar Nəqliyyat Nazirliyi qarşısına yürüş edəcəklər: “Bir sözlə, hər şey adı çəkilən qurumların bizə verəcəkləri cavabdan asılı olacaq”.
Sonda H.İsmiyev problemin müsbət həllini tapacağına inandığını da söylədi: "Şirkətin rəhbərliyi problemlərimizi həll edəcəyinə də söz verib. Amma nədənsə verilən bu vədlərin sonu görünmür. Elə bizi də narahat edən budur".

SEYMUR

538 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008