12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

VAHİD MƏKTƏBLİ FORMASI TƏLƏBİ QANUNSUZDUR

2010-09-06

Qanunları acgöz məmurların maddi maraqlarına qurban vermək dövlətçiliyə xəyanətdir

Yeni tədris ilinin başlanmasına bir neçə gün qalır. Valideynlər yenə də övladları üçün tədris vəsaitləri, məktəbli geyimi axtarışındadır. Amma onların seçim üçün daha heç bir imkanı qalmayıb. İstəsələr də, istəməsələr də onlara sırınan vahid dərslikləri, vahid çalışma dəftərlərini, vahid gündəliyi və vahid məktəbli formasını almaq məcburiyyətindədirlər. Məcburiyyət özgə necə olur? Məktəb direktorları indi də onlardan aldıqları formanın çekini tələb etməyə başlayıb. Yəni onu yalnız bizim göstərdiyimiz yerlərdən almalısınız...

Vahid məktəbli formasının tətbiqi şagirdlər, valideynlər, pedaqoq və psixoloqlar arasında həmişə əks fikirlərin, mübahisələrin yaranmasına səbəb olub. Bu gün vahid məktəbli forması tərəfdarlarının səsləndirdiyi əsas arqumentlər aşağıdakılardır:

  • şagirdlərdə nizam-intizam yaradır, kollektivçilik şüurunun inkişafına kömək edir;
  • fərqli maddi imkanlara sahib ailələrdən olan şagirdlər arasında geyim rəqabətinin, varlı-kasıb diskomfortunun yaranmasına imkan vermir;
  • sanitar-gigiyena qaydalarına nəzarəti asanlaşdırır;
  • keyfiyyətə və qiymətə nəzarəti asanlaşdırır.
    Əksini düşünənlər isə bu arqumentləri irəli sürürlər:
  • vahid forma iflas etmiş bərabərçilik təlim-tərbiyəsinin elementidir və uşağın yaşadığı real bazar iqtisadiyyatı mühitinin təməl prinsiplərini malalamağa xidmət edir;
  • şagirdi öz fərdi xüsusiyyətlərini geyim vasitəsilə ifadə etmək imkanından məhrum edir;
  • geyim mədəniyyətinin formalaşdırılmasına, təxəyyülünün inkişafına mane olur;
  • məcburi forma geydirilməsi uşağın şəxsiyyəti üzərində basqıdır.

Əks arqumentlərin nə qədər tutarlı olduğunu, reallığı əks etdirdiyini görmək üçün elə də geniş dünyagörüşünə sahib olmaq lazım gəlmir. Biz bir tərəfdən təhsildə islahat aparır, çağdaş şəxsiyyət yetişdirmək üçün hər bir şagirdin fərdi xüsusiyyətlərinin necə üzə çıxarılması haqqında mübahisələr edir, digər tərəfdən də onu əsas hüquqlarından biri olan özünüifadə formalarının birindən məhrum edir, hansısa məmurun “bəyəndiyi” paltarı zorla geydirmək üçün üzərində basqı qururuq. Guya məktəbdə bir neçə saatlığa geyinilən forma ilə toplumdakı varlı-kasıb fərqini gizlədə biləcəyik. Bu mümkündürmü? Bəs çantalardakı, ayaqqabılardakı, palto və papaqlardakı, idman formalarındakı fərqlər necə olacaq? Uşaq məktəbdən bayıra çıxanda onları qarşılayan maşınlardakı, valideynlərinin geyimlərindəki fərqləri də görməyəcəkmi?
Yəqin ki, məşhur kinorejissor Eldar Ryazanovun “İşdə məhəbbət macərası” filmində böyük bir müəssisəyə rəhbərlik edən xanımın necə geyinməyi katibəsindən öyrənməsi səhnəsinə diqqət yetirmisiniz. Əslində bu, məktəbdə, institutda, işdə tələb olunan geyim qaydalarına əməl etməklə müasir mədəniyyətin vacib sahələrindən birinə yiyələnməmiş “nümunəvi sovet qadınının” faciəvi obrazıdır. Biz yenə o dəyərlərə qayıdacağıqsa, onda islahatlara çəkilən xərclər nəyə lazımdır? Siz bu gün özünə hörmət edən neçə həqiqi psixoloq və pedaqoq göstərə bilərsiniz ki, vahid məktəbli formasını müdafiə etsin?
Hazırda Türkiyəni çıxmaq şərti ilə ətrafımızda vahid məktəbli forması tətbiq edən heç bir sivil ölkə qalmayıb. Onlar da bu ildən təhsil naziri Nimet Çubukçunun rəhbərliyi altında yaradılan xüsusi çalıştay vasitəsilə bu çağdışı dünyagörüşündən yaxa qurtarmağa çalışırlar.
Məsələnin başqa tərəfi də var. Məmurlarımız “biz sivil hüquqi dövlətdə yaşayırıq” deməkdən usanmır. Sivil dövlət hədislə, buyruqla, şifahi göstərişlə, şəxsi mülahizə ilə yox, qanunlarla, rəsmi sənədlərlə idarə olunan dövlətdir. “Təhsil haqqında” qanunun 14.10-cu maddəsinə görə, “Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir”.
Görürsünüzmü, qanun demokratik şəkildə bu işi təhsil müəssisələrinin öz üzərinə qoyur. Yəni nizamnamənizi tərtib edərkən valideynlərlə, şagirdlərlə məsləhətləşin, ortaq fikrə gəlib onu nizamnamənizdə əks etdirin və bu qərarınıza əməl edin. Şübhəsiz ki, Konstitusiyamızda təsbit olunmuş dünyəvi təhsil anlayışı çərçivəsində burada hər şeyi - iqlim şəraitindən tutmuş yerli adət-ənənələrə qədər bütün faktorları nəzərə almaq mümkündür. Ola bilər ki, bəzi məktəblər öz nizamnamələrində “Şagirdlər geyim seçməkdə əxlaq qaydaları çərçivəsində sərbəstdirlər” kimi fikirlərə yer verəcəklər. Hər halda, bu, onların seçimi olacaq. Ona görə də bu gün Nazirlər Kabineti məktəblər üçün yeni nümunəvi nizamnaməni belə təsdiq etmədiyi halda vahid məktəbli geyimi ilə bağlı atılmaqda olan istənilən addım qeyri-qanunidir. Direktorların kiminsə buyruğunu əsas göstərərək məktəbliləri zorla ucdantutma eyni formaya salmaları qanunsuzdur və hüquq-mühafizə orqanları tərəfindən bunun qarşısı alınmalıdır. Qanunları hansısa acgöz məmurların maddi maraqlarına qurban vermək dövlətçiliyə xəyanətdən başqa bir şey deyil...
Yox, əgər məmurlar təzə qanunları saya salmırlarsa, onda zəhmət çəkib heç kəsin hələ də ləğv etmədiyi və hüquqi baxımdan bu gün də qüvvədə olan köhnə məktəb nizamnaməsinin 58-ci bəndinə əməl etsinlər. Yəni məktəblərdə şagirdlərə maddi yardım göstərilməsi məqsədi ilə təşkil olunan icbari təhsil fondu hesabına onları “güzəştli qiymətlərlə ildə bir dəst məktəbli forması ilə təmin” etsinlər...

Fikrət Süleymanoğlu

1179 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008