13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

NARDARANLILAR NƏQLİYYAT NAZİRLİYİ QARŞISINDA AKSİYAYA HAZIRLAŞIR

2010-09-06

Mülkiyyət hüququ pozulan sakinlər kompensasiya tələb edir

Bakı “Dairəvi Yolun”un Nardaran qəsəbəsindən keçən hissəsində narazılıq qalmaqdadır. Dünən yolun tikintisi ilə əlaqədar qəsəbədə növbəti aksiya keçirilib. Bu barədə “Yeni Müsavat”a qəsəbə sakini Rasim Əlizadə məlumat verib.

Onun sözlərinə görə, yolun tikintisinə yenidən başlanması qəsəbədə mülkiyyət hüquqları pozulmuş sakinləri ayağa qaldırıb: “Son iki ayda maliyyə çətinliyi ilə bağlı ”Dairəvi Yol"un Nardaran qəsəbəsindən keçən hissəsində tikinti işləri dayandırılıb. Amma srağagündən yolun tikintisinə yenidən başlanıb. Bu da əhlinin qəzəbinə səbəb olub".
Rasim Əlizadə bildirdi ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Nəqliyyat Nazirliyi obyektləri sökülən sakinlərə bir manat da kompensasiya ödəməyib: “Bu, dözülməz haldı. Dəfələrlə Nəqliyyat Nazirliyinə şikayət etsək də, nəticəsi olmayıb. Bu səbəbdən sakinlər tikinti işlərinin dayandırılması ilə bağlı ərazidə aksiya keçiriblər. Amma Ramazan bayramı ilə əlaqədar etiraz tədbirlərinə fasilə verilib. Yaxın günlərdə nardaranlılar nazirlik qarşısında aksiya keçirmək qərarına gəliblər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub da göndərilib. Aksiyada 30 nəfərin iştirak edəcəyi gözlənilir”.
Sonda R. Əlizadə aksiyaların davamlı olacağını da istisna etməyib.
SEYMUR

Xəbər xidməti

540 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

ARXIV

Yeni MÜSAVAT © 2008