12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ACLIQ EDƏN UCARLI ÖLÜM AYAĞINDADIR

2010-09-06

Artıq 17 gündür ölüm aclığı aksiyası keçirən Ucar sakini Fuad Oqtay oğlu Hüseynovun vəziyyəti ağırlaşıb. Taqətini itirən Fuad Hüseynov bildirib ki, aclığı dayandırmayacaq. Yaxınlarının verdiyi məlumata görə, F.Hüseynova qarşı təzyiqlər səngisə də, o, fikrindən daşınmır: “Rayonun icra başçısı Yaşar Məmmədov da onunla görüşüb. Vəziyyəti öz nəzarətində saxlayacağını bildirib. Həm də ölüm aclığı olduğuna görə aksiyanı dayandırmaq fikri yoxdur”.

Xatırladaq ki, Ucar şəhəri, Nəriman Nərimanov küçəsi, ev 19-da yaşayan F.Hüseynov vaxtilə Ucar Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Nizami Rayon Məhkəməsi isə 31 may, 2010-cu il tarixli qərarı ilə onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edib. F.Hüseynov saxta ittihamla, qanunsuz olaraq həbs olunduğunu deyir: “Azadlığa çıxmağım Ucar Rayon Polis Şöbəsinin sabiq rəisi Ənvər Quliyevi, onun həmyerlisi və qohumu olan hazırkı rəis Tahir Quliyevi, rayon prokuroru Miramil Ağamirovu çox narahat etmişdi. Səbəb Ucarın sabiq polis rəisinə qarşı qaldırdığım iddiadan sonra onun məhkəməyə saxta sübut təqdim etməsini təsdiq edən sənədləri əldə etməyim idi. Bu iş üzrə Avropa Məhkəməsinə şikayət göndərdim. Qanunsuzluqlara etiraz olaraq da aclıq aksiyasına başlamışam”.

Elmin BƏDƏLOV

794 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

[11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB

[11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR

[11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ

[11.02.2012] - BÖLGƏLƏR DƏ DONUR

[11.02.2012] - BAKIDA İKİ DƏHŞƏTLİ AİLƏ ZORAKILIĞI

[11.02.2012] - «EUROVİSİON-2012» ÜÇÜN 63 MLN. DOLLAR AYRILACAQ

[10.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[10.02.2012] - ZÜLFÜQARLILARIN MƏHKƏMƏSİNDƏ LERİKLİ ÇOBANIN VİDEOETİRAFI MÜZAKİRƏ EDİLDİ

[10.02.2012] - MƏHKƏMƏ ZEYNƏB XANLAROVANIN BACISI OĞLUNUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

ARXIV

Yeni MÜSAVAT © 2008