 |
Ölkə
BAYRAQ MEYDANINDA İKİ MÜƏMMALI HADİSƏ... 2010-09-06 Bayrağın cırılması və ərazidən partlayıcı tapılması təxribat, yoxsa təsadüfdür?
|
26 milyon manata başa gələn Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın cəmi bir gün sonra cırılması ötən həftə hakimiyyət üçün ən azı utandırıcı hadisədir. Bu səbəbdən baş verən hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağı söylənilir. “Azadlıq” qəzetinin yazdığına görə, prezident İlham Əliyev Dövlət Bayrağı Meydanı ilə baş verən biabırçılığa görə bərk qəzəblənib. Məlumatlara görə, bu olaydan sonra İlham Əliyev Dövlət Bayrağı Meydanının tikilməsinə məsul olan məmurları - “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevi (meydanı Etibar Pirverdiyevin sahibi olduğu “Azenko” şirkəti inşa edib), prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovu (paytaxtın mərkəzi hissələrinin abadlaşdırılması Əli Əsədovun kurasiyasındadır) və Bakı meri Hacıbala Abutalıbovu sərt şəkildə danlayıb. İlham Əliyevin bərk qəzəblənməsinin səbəbi dünyanın ən hündür bayrağını Rusiya prezidenti Dmitri Medvedyevə göstərə bilməməsi olub. Məlumatlara görə, dövlət başçısı Etibar Pirverdiyevi, Əli Əsədovu və Hacıbala Abutalıbovu bərk danlayandan sonra təcili 162 metrlik dirəyə yeni bayraq asılıb. Lakin buna baxmayaraq, İlham Əliyevin qəzəbi soyumayıb. Bəzi məlumatlara görə, dövlət başçısı adıçəkilən məmurların karyerasının üstündən xətt çəkmək fikrindədir. Bayraq Meydanı ilə bağlı baş verən digər müəmmalı hadisə isə orada partlayıcı tapılmasıdır. Belə ki, sentyabrın 3-də Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti orqanlar məlumatlandırılıb. Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış şübhəli əşyanın 2 ədəd istifadəyə yararlı fişəng atımı olduğu müəyyən edilib. Əraziyə xilasedicilər tərəfindən təkrar baxış keçirilsə də digər şübhəli əşyanın olmadığı müəyyənləşdirilib. Xilasedicilər aşkarlanmış 2 ədəd fişəng atımını aidiyyəti üzrə təhvil verib... Rusiya prezidenti Medvedyevin Bakıya səfəri ərəfəsində bir gün əvvəl asılmış bayrağın cırılmasını və oradan partlayıcı tapılmasını təsadüfi hesab etməyənlər də var. Yəni burada hər hansı bir təxribat elementlərinin olmasına da diqqət çəkilir. Politoloq Natiq Miri bayrağın cırılmasında hansısa təxribat elementinin az olduğunu düşünsə də, orada partlayıcı aşkarlanmasının ciddi araşdırılmalı olduğunu dedi: “Bayrağın cırılmasında və bu səbəbdən Medvedyevin ora gedə bilməməsində hər hansı xarici dövlət, xarici qüvvə səviyyəsində təxribat olmasına o qədər də inanmıram. Çünki məhz Rusiya prezidentinin səfəri günü Bakıda çox güclü külək var idi. O ölçüdə olan və keyfiyyətli materialdan hazırlanmayan bayrağın həmin küləyə davam gətirməsi mümkünsüz idi. Bayraq cırıldığı üçün də Medvedyev ora gedə bilmədi. Ancaq ərazidən partlayıcının tapılması çox müəmmalı hadisədir. Nədənsə, bunun üzərindən sakitliklə keçdilər. Hesab edirəm ki, bunu ciddi araşdırmaq lazım idi. Çünki bu məsələni dünya mətbuatı geniş işıqlandırdı və məsələyə ən müxtəlif aspektlərdən şərh verildi”. Tofiq ƏHMƏDLİ 4210 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ ARXIV
|