|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Aysel adlı balaca qızcığazın həyat hekayətini bizə oxucularımız danışdı. Aldığımız məlumata görə, 8 ay öncə Bərdə şəhərində baş verən yanğın zamanı 13 yaşlı Sadıqova Aysel ağır bədən xəsarəti alıb, bədəninin 60-65 faizi yanıb. Elə həmin yanğında da Aysel anasını itirib. Atası isə uzun müddətdir ki, həbsdədir. Ata-anası olmayan bu qızcığaza yaxınları da yardım əli uzatmayıb. Yardım etmədikləri azmış kimi, ona ayrılan maddi yardımlar da qohumları tərəfindən mənimsənib. Hazırda Aysel Bakıdakı 5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsində yatır. Ayselin durumunu, qayğılarını öyrənmək üçün xəstəxanaya yollandıq. Xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyovdan xəstənin vəziyyəti haqqında soruşduq: “Aysel müəyyən müddət Bərdədə müalicə aldıqdan sonra ağır vəziyyətdə dərin yanıq xəsarəti ilə xəstəxanamıza gətirilib. Aparılan müalicə nəticəsində vəziyyəti düzəlib, 2 dəfə dəri köçürülmə əməliyyatı icra olunub. Bədənin müxtəlif yerlərində müəyyən miqdarda yaralar qalıb. Bir neçə ay əvvəl müalicə müddətində xəstəni çimmək üçün yaxınları evə apardı, lakin xəstəxanaya gətirmədilər. Bərdə rayon hüquq- mühafizə orqanlarından bizə sorğu gələn zaman onlara yazmışdım ki, xəstəni aparıblar, amma gətirməyiblər. Onların apardığı əməliyyatlar zamanı məlum oldu ki, xəstəni Bakıda saxlayıblar. Uzun sürən araşdırmalar nəticəsində onu xəstəxanaya qaytardılar. Bu müddətdə Ayselin vəziyyəti yenidən ağırlaşmış və baxımsız qalmışdı. Təkrar yanıq üzülməsinə düşmüşdü, yaraların sağalmış vəziyyəti geriləmişdi. Aparılan kompleks müalicələr zamanı vəziyyəti yenidən yaxşılaşıb. Hazırda yaralar yenidən əməliyyata hazırlanır, vəziyyəti xeyli yaxşılaşıb”. Şahnaz NOVRUZQIZI 1985 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|