12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

CAHANGİR HACIYEVİN ADI İNDİ DƏ BAŞQA QALMAQALDA

2010-09-09

Beynəlxalq Bankın prezidenti “Marxal” istirahət mərkəzini ələ keçirməkdə suçlanır

Şəkinin Xan sarayı qədər məşhur olan “Marxal” istirahət mərkəzinin sahibi Tehran Lətifovdan zorla alınması barədə sentyabrın 2-də işıq üzü görmüş sayımızda məlumat vermişdik. Dünən yazdıqlarımızla bağlı T.Lətifovun qardaşı Rahim Lətifov “Azadlıq” radiosuna açıqlama verib. R.Lətifov deyib ki, 1998-ci ildə qardaşı Tehran Lətifov hazırda “Marxal” istirahət mərkəzinin yerləşdiyi, vaxtilə Şəki İpək Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan binanı özəlləşdirib.

Üstündən 8 il keçəndən sonra, 2006-cı ildə Şəki İpək ASC məhkəmə iddiası qaldırıb ki, mərkəz düzgün özəlləşdirilməyib, geri qaytarılmalıdır. Bundan əvvəlki məhkəmə qətnamələri ASC-nin xeyrinə çıxarılıb. Hazırda iş Ali Məhkəmənin Plenumundadır.
- Bir yerə ki, icra hakiminin mənfi fikri oldu, idarə müdirləri ora getməyə qorxurlar ki, onları işdən çıxararlar. Tapşırıq verirlər ki, ora getməyin. Şəkidə bir 50-100 idarə varsa, əgər icra başçısının göstərişi varsa ki, ora getməyin, onlar da qorxurlar getməyə. Bu da alverə təsir göstərməlidir.
Rahim Lətifov deyir ki, nə vaxtsa Şəkidə "Marxal" istirahət mərkəzinin bağlı olması barədə elanlar da vurulubmuş. Elə onun özünün işlədiyi yeməkxananın qabağını da hasarlayıblar. Yəni dediyinə görə, ailəyə hərtərəfli təzyiqlər eləyirlər. R.Lətifov deyir ki, bir tərəfdən qlobal böhran, digər tərəfdən yuxarıların göstərişi “Marxal”ın işinə ciddi şəkildə mənfi təsir göstərib. Ancaq məsələ heç də gəlirlərin azalmasında deyil: “...Söhbət prinsipdən gedir”.
Şəki İpək ASC-nin hüquqşünası Ruhəngiz Nedeva məsələyə münasibət bildirməkdən yayınıb. Şəki İcra Hakimiyyətinin şöbə müdiri Rafael Manafovsa deyib ki, icra hakimiyyəti özəl sektora maneələr yox, şərait yaradır. O, “Marxal”a getməməyə dair gizli göstəriş barədə deyilənləri isə “şayiə” adlandırıb.
Rahim Lətifov istirahət mərkəzinə Araz Ağalarovun göz dikməsi barədə deyilənlərə də aydınlıq gətirib: “Məqsəd camaat arasında xof yaratmaq, əsl himayədarı ört-basdır etməkdir. Əslində ”Marxal"ı Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev ələ keçirmək istəyir".
Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev isə “Azadlıq” radiosuna bildirib ki, Cahangir Hacıyevin pezidenti olduğu bankla Şəki İpək ASC sadəcə partnyordur: “Şəki İpək ASC onu özəlləşdirmək istəyirsə, bunun Beynəlxalq Banka, yaxud Cahangir Hacıyevə heç bir aidiyyəti yoxdur. Biz bir-birimizlə borcverən-borcalan qismində partnyoruq”.
“Marxal” sahibinin vəkili Aslan İsmayılovsa istirahət mərkəzini ələ keçirmək istəyən oliqarxı quldur adlandırıb: “İllər sonra özəlləşmənin ləğv olunması barədə qərar çıxarmaq qanunsuzluq yox, quldurluqdur, çünki iş üzrə iddia müddəti bitib. 1998-ci ildə həmin yer özəlləşdirilib, heç bir qanunsuzluq olmayıb. 12 il sonra adamın mülkünü əlindən almaq istəyirlər. Görünür, çox güclü adam meydana çıxıb əlindən almaq istəyir. Adam (Tehran Lətifov - red.) bütün varlığını tamam xarabaxana olan bir yerə həsr edib oranı cənnətməkana döndərib. Cürbəcür yüksək vəzifəli oliqarxların adı hallanır. Kimliyindən asılı olmayaraq bu, quldurluqdur. Günün günorta çağı məhkəmə vasitəsilə şəxsin əmlakını əlindən alırlar. Bu üç illik məhkəmə süründürməçiliyi olmasaydı, ”Marxal" dövlətə milyonlarla manat vergi ödəmişdi".
Vəkil Aslan İsmayılovun dediyinə görə, Plenum da Şəki İpək ASC-nin xeyrinə qərar çıxarmasa, onda işi Avropa Məhkəməsinə göndərəcəklər.

Hazırladı: E.QƏDİMOV

4734 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008