 |
Ölkə
TAĞI ƏHMƏDOV MOTODROMDAKI EVLƏRİ DƏ SÖKDÜRÜR 2010-09-09 Səbəb ərazidə yeni metro stansiyası tikintisidir; narazı sakinlər isə etiraz aksiyasına hazırlaşır
|
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov evyıxma kampaniyasını davam etdirir. Binəqədi rayonu, 7-ci mikrorayonda başladığı söküntü işlərinin ardınca indi də o, Motodrom yaşayış massivində məskunlaşmış ailələrin köçürülməsinə qərar verib. Artıq ərazidə tikilmiş 23 evin ikisi sökülüb. Bu barədə “Yeni Müsavat”a sözügedən ünvanda yaşayan Nazim Yaqubov məlumat verib. Onun sözlərinə görə, T.Əhmədovun göstərişi ilə yaxın günlərdə Motodrom yaşayış massivində tikilmiş evlərin söküntüsünə başlanılacaq: “Artıq ərazidə iki ev uçurulub. Yerdə qalan evlərin sökülməsinə isə hazırlıq görülür”. N.Yaqubovun dediyinə görə, əhali ərazidə 1999- 2000-ci ildə məskunlaşıb: “Bizim bu ərazidə ev tikməyimizdən hamının xəbəri var. Hətta bu evlərin tikilməsi üçün Xocasən bələdiyyəsindən razılıq da alınıb. Bu barədə əlimizdə sənəd var. Bundan əlavə, tikinti işləri aparıldığı müddətdə sahə müvəkkilinə və digər qurumların əməkdaşlarına pul vermişik. Bir necə ay öncə isə məlum olub ki, sən demə, ərazi Tağı müəllimə verilib və 2013-cü ilə kimi ərazidə metronun ”Avtovağzal" stansiyası tikiləcək". Artıq evlərin söküləcəyi ilə əlaqədar vətəndaşlara bir neçə dəfə bildiriş paylandığını söyləyən N.Yaqubov üzləşdikləri problemlə bağlı Prezident Administrasiyasına yürüş edəcəklərini də dedi: “Bir ildə evlərimizin söküləcəyi ilə bağlı bizlərə 3 dəfə bildiriş paylanıb. Həmin bildirişlərdə qeyd edilib ki, ölkə başçısının 2008-ci il noyabr sərəncamı əsasında adıçəkilən ərazi metro stansiyasının tikilməsi üçün ayrılıb. Amma sənəddə nə qədər torpaq sahəsinin ayrıldığı dəqiq göstərilməyib. Bundan istifadə edən maraqlı şəxslər isə evlərimizi sökməyə girişib. Hazırda stansiyanın tikintisinə başlanıb. Halbuki evlərimiz tikinti işlərinə mane olmur. Belə olan təqdirdə evlərimizin hansı səbəbdən söküldüyü məlum deyil. Bizdə olan məlumata görə, bəzi məmurların yaşadığımız əraziyə gözü düşüb”. Məsələ ilə əlaqədar T.Əhmədovun tikinti işləri üzrə müavini A. Rəsulovla görüşdüklərini söyləyən N. Yaqubov söküləcək evlərə kompensasiya verilmədiyini dedi: “Bizimlə söhbətində o bildirdi ki, evləri söküləcək ailələrə Binəqədi massivi - 53 ünvanında torpaq sahəsi veriləcək. Amma ortada heç nə yoxdur. Bu günədək yaşayış massivində iki ev sökülüb. Ancaq onlara nə kompensasiya, nə də torpaq sahəsi verilib. Bizi də eyni tale gözləyir. Hansı ki, ölkə başçısı televiziya ilə etdiyi çıxışında bildirib ki, sökülən evlərə kompensasiya verilməlidir. Vəziyyət belə getsə biz də 7-ci mikrorayondakı söküləcək evlərin sakinləri kimi aksiyalara başlayacağıq. Artıq bununla bağlı hazırlıq işlərinə başlanıb”. Qeyd edək ki, T. Əhmədov 7-ci mikrorayonda tikiləcək depo ilə əlaqədar ərazidəki evlərin və qəbiristanlığın köçürülməsinə qərar verib. MƏHƏBBƏT 1152 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK ARXIV
|