13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

NAZİRİN ADI HALLANAN ÖLÜM İŞİNDƏ ŞOK GƏLİŞMƏ

2010-09-09

“Azərreyl” şirkətinin prezidentinin qardaşı prokurorluqda dindirildi

“Azərreyl” şirkətinin keçmiş prezidenti Adil Heybət oğlu Məmmədovun müəmmalı ölüm işi ilə bağlı mərhumun qardaşı Fikrət Məmmədov prokurorluqda dindirilib. Bu barədə “Yeni Müsavat”a F.Məmmədov özü məlumat verib. Qeyd edək ki, bu il avqustun 12-də F.Məmmədov qardaşının müəmmalı ölüm işinin araşdırılması ilə bağlı prezident İlham Əliyevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova və baş prokuror Zakir Qaralova müraciət edib. O, qardaşının müəmmalı şəkildə ölməsinin araşdırılmasını, onun ölümündə adı hallanan və əli olan şəxslərin məsuliyyətə cəlb edilməsini qeyd edib.

F.Məmmədov müraciətində bu işi prezidentin öz nəzarətinə götürməsini də xahiş etmişdi. O, qardaşının ölümündə şübhəli şəxs kimi adı hallanan nəqliyyat naziri Ziya Məmmədovun, Adilin həyat yoldaşı Şəlalə Rəhman qızı Verdiyevanın və onun atasının adını da qeyd edib. Bir neçə gün öncə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) katibliyinin rəis müavini Elşad İsayevin imzası ilə onun müraciətinə cavab verilmişdi: “Cavabda yazılıb ki, MTN baxılması üçün müraciəti avqustun 19-da Baş Prokurorluğa göndərib”.
F.Məmmədov bizimlə söhbətdə dedi ki, dünən Xəzər rayon prokurorunun köməkçisi Yaşar Əliyev ondan ifadə alıb: “Prokurorluqda 3 saat ifadə yazdım. Orada mənə heç bir təzyiq olmadı. Əksinə, yüksək səviyyədə söhbət etdik. Qardaşımın ölüm işi ilə bağlı bütün məqamlar haqda öz ifadəmdə ətraflı yazdım”.
F. Məmmədov dedi ki, prokurorluqda ona bildiriblər ki, bu işlə bağlı digər şəxsləri də dindirəcəklər.

S.KAZIMLI

2497 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008