12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

RAMAZANDAN SONRA RESTORANLARDA SİFARİŞLƏR ARTIB

2010-09-09

Toy mövsümü sıx qrafiklə başlayır

Ramazan ayının bitməsi ilə əyləncə və toy mövsümü də start götürür. Dini ekspertlər bu mübarək ayda toy-düyünün savab iş olduğunu desələr də, ölkəmizdə bu məsələyə hələ ki o qədər də müsbət yanaşılmır. Bu səbəbdən orucluq zamanı şadlıq sarayları toy sifarişlərinin olmamasından şikayətlənirlər.

Sentyabrın 11-dən etibarən isə bütün şadlıq saraylarında toy hazırlıqları başlanacaq. Bəs Ramazan ayından sonra restoranlarda qiymət dəyişiklikləri olacaqmı? Qiymətlərə nələr daxildir? Sifarişlər hansı səviyyədədir? Suallara cavab almaq üçün bir neçə şadlıq sarayına baş çəkdik.
“Ay işığı” şadlıq sarayının administratoru Rauf bəy qiymətlərdə heç bir dəyişiklik olmadığını bildirdi: “Ramazandan əvvəl qiymətlər necə idisə, indi də eynidir. Qiymətlər 80-150 manat arasında dəyişir. Bu qiymətə gəlinin qarşılanması, tort, furşet stolu, dəvətnamə, musiqi və daha bir çox xidmətlər daxildir. Yalnız gəlin maşını qiymətə daxil edilmir. Oktyabr ayı üçün boş yer demək olar, yoxdur”.
“Sərin” restoranında isə Ramazan ayında qiymətlərin endirildiyini bildirdilər: “Ramazan ayında toyların qiyməti başqa vaxtlara nisbətən ucuz olur, çünki sifarişlər xeyli azalır. Hazırda isə qiymətlər 60-80 manat arasındadır. Təklif olunan qiymətə video çəkiliş, tort, qarşılama, musiqi daxildir. Sifarişlər kifayət qədərdir, şənbə və bazar günləri daha çox sifariş qəbul verilir. Digər günlər üçün də sifarişlər az deyil”.
“Oazis” restoranında qiymətlər hər zaman olduğu kimi qalır: “Ramazanla adi günlər arasında heç bir qiymət fərqi olmur. Menyudan asılı olaraq qiymətlər bir-birindən fərqlənir. Amma toyda qonaq sayı 500 nəfərdən az olarsa, böyük zal açılmır. Oktyabr ayı üçün xeyli sayda toy sifarişi almışıq. Yəqin ki, Ramazan ayından sonra toy mövsümü  canlanacaq”.
“Ramazan ayı ilə digər günlər arasında ciddi qiymət fərqi olmur. Qiymətlər 50-60 manat arasında dəyişir. Normal qiymətə restoranın bütün servisini təşkil edirik. Sifarişdən asılı olaraq qiymətləri artırıb-azaltmaq olar. Sifarişlərin çox olduğu deyilə bilməz, o qədər də çox deyil”. Bu sözləri isə “Xan bağı” restoranın adminstratoru söylədi.
“Golden Ring” şadlıq sarayında da Ramazandan sonra sifarişlər xeyli artıb: “Ramazan ayı müddətində demək olar ki, sifariş almamışıq. Amma bu günlərdə toy edənlərin sayı xeyli artıb. Qiymətlərdə heç bir dəyişiklik olmayacaq, menyudan asılı olaraq sifarişçilərə qiymətlər təklif olunur”.

Şahnaz NOVRUZQIZI

845 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008