12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

KEÇMİŞ NAZİRİN QOHUMU ETİRAZ EDİR

2010-09-09

Qənirə Hüseynova: “Heç kimin torpağını zəbt etməmişəm”

“Mənzər Cəfərovanın dedikləri cəfəngiyyatdır. Buzovnadakı Səhiyyə Nazirliyinin nəzdində olmuş yaşayış üçün nəzərdə tutulan ərazini hələ 1988-ci ildə qanuni şəkildə almışam və əlimdə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. Ona görə də kiminsə mülkünü mənimsəməkdə ittiham edilməyim yanlışdır. Yaşadığım binanın yaxınlığındakı 12 sot torpağı da qanunla almışam. Orada vərəm xəstəxanasının camaşırxanası yerləşirdi. Bina köhnə, uçuq idi.

O binanı qəzalı vəziyyətdə olduğu üçün 2003-cü ildə sökməyə başladım və ərazi istilikxana oldu. Əzizbəyov (indiki Xəzər) rayonunun polis rəisi Əhməd Əliyev günlərin birində bir neçə nümayəndəsi ilə Buzovnada gəzib özünə bağ yeri axtarmağa başlayır. Təsadüfən bu küçədən keçəndə görür ki, gözəl bir mənzərə dənizə açılır. Kənd bələdiyyəsinin sədrinə deyir ki, bura mənim olmalıdır. Əhməd Əliyev o yeri almaq üçün Mənzər Cəfərova adlı bir qadını qabağa verir ki, torpaq sahəsini onun vasitəsilə alsın”.
Bunu dünən redaksiyamıza təşrif buyuran vətəndaş Qənirə Hüseynova deyib. O, qəzetimizin 30 avqust tarixli sayında gedən “Keçmiş nazirin qohumu Bakı sakinin mülkünü mənimsəyib” başlıqlı yazıda şikayətçi M.Cəfərovanın dediklərinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, M.Cəfərova Xəzər Rayon Polis İdarəsinin rəisi Əhməd Əliyevin göstərişi əsasında günün birində əlində sərəncamla həmin həyətə gələrək bu ərazinin ona məxsus olduğunu iddia edib: “Biz də dedik ki, 1970-ci ildən burda yaşayırıq, indiyə kimi bu qadını burada görməmişik. Nə vaxt bu ərazi ona aid oldu? Aramızda narazılıq yarandı. Bu hadisədən sonra Əhməd Əliyevin müavinləri və digər nümayəndələri həyətə gələrək torpaq sahəsini ölçməyə başladı və 12 sot ərazinin Mənzər Cəfərovaya aid olduğunu dedilər. Mən sənədləri təqdim etdim. Amma polis rəisinin müavini bildirdi ki, doğrudur, sizin sənədləriniz qanunidir, ancaq buranı Əhməd Əliyev alacaq. Bu minvalla biz həmin qadınla mübarizə apardıq. Günün birində Əhməd Əliyev məni yanına çağırdı. Uzun söhbətdən sonra ona vəziyyəti başa saldım, dedim ki, həyat yoldaşım vəfat edib, əlimdə sənəd var. Məsələ həll olundu. Bundan sonra mən həmin 12 sot torpağı 2005-ci ildə bir nəfər fiziki şəxsə satdım”.
Q.Hüseynova deyir ki, M.Cəfərova bunu eşidən kimi yenidən fəaliyyətə keçib və Xəzər Rayon Məhkəməsinə üz tutub: “2008-ci ildən məhkəmə davam etdi və 2009-cu ildə iş mənim xeyrimə yekunlaşdı. Məlum oldu ki, Cəfərovanın sərəncamı saxtadır. Bu qadın Apelyasiya Məhkəməsinə müraciət etdi. Sentyabrın 6-da keçirilən məhkəmə prosesinə gəlmədi. Yəni bu qadının saxtakar olduğu aydınlaşdı”.
Xatırladaq ki, qəzetimizin 30 avqust sayında gedən məqalədə M.Cəfərova adlı şikayətçi iddia edirdi ki, keçmiş milli təhlükəsizlik naziri İmran Nərimanovun qohumu Q.Hüseynova Buzovnada ona məxsus olan 12 sot torpağı mənimsəyib.

Emil SALAMOĞLU

1026 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008