|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Prezident İlham Əliyev “Şəhid ailəsi üçün prezident təqaüdü”nün artırılması haqda fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhid ailəsi üçün təqaüdün aylıq məbləği 50 faiz artırılaraq 150 manat müəyyən edilib. Fərman sentyabrın 1-dən qüvvəyə minir. Prezident məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilməsi barədə də sərəncam imzalayıb. Prezident aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə də fərman imzalayıb və sosial müavinətlərin məbləği müəyyənləşdirilib. Aylıq müavinətlər Yaşa görə müavinət - 50 manat; I qrup əlillərə - 55 manat; II qrup əlillərə - 40 manat; III qrup əlillərə - 35 manat; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara - 55 manat; ailə başçısını itirməyə görə - 45 manat; müharibə veteranı adı almış şəxslərə - 30 manat; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına - 50 manat; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına - 35 manat; 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə - 30 manat. Birdəfəlik müavinətlər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün - 160 manat uşağın anadan olmasına görə - 75 manat; dəfn üçün müavinət - 100 manat. Xəbər xidməti 1146 dəfə baxılıb
|
[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR [11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ [11.02.2012] - BÖLGƏLƏR DƏ DONUR [11.02.2012] - BAKIDA İKİ DƏHŞƏTLİ AİLƏ ZORAKILIĞI [11.02.2012] - «EUROVİSİON-2012» ÜÇÜN 63 MLN. DOLLAR AYRILACAQ [10.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [10.02.2012] - ZÜLFÜQARLILARIN MƏHKƏMƏSİNDƏ LERİKLİ ÇOBANIN VİDEOETİRAFI MÜZAKİRƏ EDİLDİ [10.02.2012] - MƏHKƏMƏ ZEYNƏB XANLAROVANIN BACISI OĞLUNUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ |
| Yeni MÜSAVAT © 2008 |
|