12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

“TƏZƏ BAZAR”da EKZOTİK HEYVAN BAZARI

2010-09-09

Burada ovçarkadan tutmuş qızıl balığa, bülbülə, yaşılbaş ördəyə qədər tapmaq mümkündür

“Təzə bazar”ın arxa hissəsində ev heyvanları və quşlarının satıldığı bir ticarət mərkəzi var. Hər həftənin bazar günləri səhər saat 08:00-dan 17:00-dək burada müxtəlif növ heyvan və quşların satışı həyata keçirilir. Bir bazar günü biz də yolumuzu bu ticarət obyektindən saldıq. Bazarın girəcəyində əsasən meyvə-tərəvəz qalaqlanmış piştaxtalar sıralanır. Alverçilərdən heyvan bazarının yerini soruşub, yollandıq həmin istiqamətə.

***

Bazarda canlanma müşahidə olunurdu. Burada ev heyvanları, həmçinin satışı qadağan olunan heyvanlar,  onların yemləri, geyimləri, hətta oyuncaqları da satılırdı. Burada o qədər it, pişik, quş, balıq və digər heyvan cinsləri satılırdı ki, onlara sadəcə tamaşa eləməyin özü maraqlı idi. Belə desək, bazar sanki zooparkı xatırladırdı. Amma burada tamaşa eləmək pulsuz başa gəlir.
Elə 15 yaşlı İlqar kimi. İlqar hər gün günorta saatlarında heyvanlara tamaşa etmək üçün bu bazara üz tutur: “Zooparka daxil olmaq üçün 2 manata bilet almaq lazımdır. Ancaq burada müxtəlif növ heyvanlara pulsuz baxa bilirəm. Həmçinin onları sığallayıb, tumarlayıram”.
Satıcılarla da söhbətləşdik. 6 ildir “Təzə bazar”a it satmaq üçün ayaq döyən 31 yaşlı Saleh itlərin bütün xüsusiyyətlərini bildiyini deyir: “İki aylığında itlərə iynə vurdururam. 7 aylığında onlar dişlərini dəyişirlər. Qudurğan olmasın deyə 8 aylığında onlara peyvənd vurdururam”. Namiq dayı da it alverçisidir: “Mühafizə iti quratveller 350-500, kral iti 2500 manata, 3 aylıq ovçarka 300 manata, dalmatin 250 manatadır”.
Şəhla xanım 10 ildir çörəkpulunu müxtəlif heyvanların satışından çıxardığını deyir: “6 aylıq meymunu 750 manata, volnistiy ”papuqay"ını 2-15 manata, anqor pişiyini 70 manata satıram". Müştəri qıtlığı ilə üzləşdiyini deyən 27 yaşlı Teymur 7 ildir balıq satmaqla ailəsini dolandırdığını deyir: “Gur alver sentyabr ayından sonra olur. İndi müştərilərin çoxu istirahətdədir. Müştərilərimizin çoxu imkanlı adamlar olur. Qiymətlər də münasibdir: dekorativ balıqlar 50 qəpik-8 manat arasında dəyişir, qızılbalığı və qırmızı papaq 3-12 manata, xoruz balığı 3-4 manata, somi, barbus 10 manatadır”. Teymurdan onu da öyrəndim ki, bu balıqlar əsasən Çindən gətirilir.
Bazarda satıcılar arasında Rusiya vətəndaşları da var idi. Alya adlı gənc xanım 4 saatdır bazarda olduğunu, ancaq heç nə satmadığını deyir: “Birinci dəfədir bura gəlmişəm. Öz itimlə pişiyimi satmaq istəyirəm. Amma müştəri yoxdur. 4 aylıq pişiyi 70 manata, toyti adlı cib itini isə 150 manat verirəm”. Tatyana isə 400 manata Britaniya pişiyinə 1 həftədir müştəri tapa bilmədiyini söylədi. Bazarda bülbül 80-100 manata, kirpi 10 manata, sianiski pişik 50-60 manatadır.
15 ildir ilbiz fiqurları toplayıb, satmaqla məşğul olan  45 yaşlı Məhəmməd Novruzov bu işin həvəskarı olduğunu deyir: “İlbislər əsasən Çin və İrandan gətirilir. Müştərilərin əksəriyyəti bunları kolleksiya üçün alırlar”.
12 yaşından quş saxlamaqla məşğul olan Vasif quşları damda saxlayıb, gətirib burada satdığını deyir. Ondan quşların qiymətlərini də öyrəndik. Qırmızı quyruq göyərçinlər 5-30 manata, pavlin 30-40 manata,  kapuçin cütü 80 manata,  korilla 30-40 manata, “papuqay”ın çex cinsi 40 manata, herati toyuğu 15 manatdır. Korilla almaq istəyən müştəri Ceyran müəllimənin fikrincə, bazarda bahalıqdır: “Korillanı əvvəllər 20 manata verirdilər. Göyərçinlər də çox ucuz idi. Qiymətləri çox qaldırıblar”.
Mağazaların birində isə satışı qadağan edilən heyvanlar var idi. Satıcıların bəziləri qadağaya məhəl qoymadıqlarını da gizlətmədilər. Cavid adlı satıcıdan onların qiymətlərini də öyrəndim. Kəkliyin cütü 100 manat, qızılı qırqovul 350-450 manata, almazı qırqovul 250 manata, kiçik qırqovul 30 manata, alman xoruzu 100 manata, kirpi, tısbağa 20 manata, yaşılbaş ördək 10 manata, siçovul 8 manatadır. Satıcı bu heyvanları evdə böyüdüb çoxaltdığını desə də, oradakı digər satıcılar rayonlardan gətirildiyini dedilər. Əvvəllər bazarda hətta turac, qartal, ilan da satırmışlar. Həmin heyvanların heç birinin icazə sənədi olmadığını dedilər.

Günay MUSAYEVA

2532 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008