12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

“BORJOMİ” 120 YAŞINI QEYD EDƏCƏK

2010-09-09

Azərbaycan MDB məkanında bu suların ən çox satıldığı 3-cü ölkədir

Dünən “Hyatt Regency” hotelinin “Şuşa” zalında Gürcüstanın “İDS Borjomi Georgia” kompaniyasının tanınmış brendi “Borjomi” ticarət nişanının 120 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən şirkətin baş direktoru Zaza Kikvadze “Borjomi”nin yaranma tarixi barədə geniş məlumat verdi: “1890-cı ildə ilk şüşəsi buraxılan bu müalicəvi mineral sular bu gün Avropanın 30-dan çox ölkəsinə ixrac olunur. Azərbaycan MDB məkanında bu suların ən çox satıldığı 3-cü ölkədir. 2009-cu ildə Azərbaycana 6 milyon ədəd ”Borjomi" şüşəsi ixrac olunub".

Z.Kikvadzenin sözlərinə görə, şirkət Azərbaycan bazarına “Likani” adlı yeni mineral su növü də ixrac edib: "“Borjomi”nin Azərbaycanda idxalçısı və rəsmi distribütoru “Anteks” şirkətidir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə dedi ki, 5 il öncə yerli bazarda “Borjomi”nin saxta variantları çıxıbmış: “Lakin sonradan bu mineral suların şüşəsi üzərinə ceyran şəkli vuruldu. Bu da orijinal ”Borjomi"ni tanımağa imkan verdi".
“Anteks” şirkətinin nümayəndəsi İlkin Piriyev dedi ki, “Borjomi”nin əsas bazası Bakıdadır, ikinci iri baza isə Sumqayıtda yerləşir: “Biz idxal etdiyimiz məhsulu Azərbaycan dilində markalamaq istəsək də bu, mümkün olmadı”.
Z.Kikvadze sonda onu da qeyd etdi ki, Azərbaycana idxal olunan “Borjomi”nin sayı illərlə artır və böhran şirkətin istehsal gücünə təsirsiz ötüşüb.

Nailə RÖVŞƏNQIZI

445 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008