10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

“AFFA ALMANLARLA OYUNA GÖRƏ AZI 3 MİLYON ƏLDƏ EDƏCƏK”

2010-02-09

Fuad Musayev: “Bizim vaxtımızda hər püşkdən öncə dua edirdik ki, Almaniya rəqibimiz olsun”

AFFA-nın sabiq prezidenti Fuad Musayev hesab edir ki, Azərbaycan milli komandasının hazırkı potensialı AÇ-2012-nin qrup mərhələsində yalnız 5-ci yer uğrunda mübarizə aparmağa imkan verir. Varşava şəhərində keçirilən püşkatmanın nəticəsini qol.az saytına şərh edən Fuad Musayevin fikrincə, qrupda Azərbaycan milli komandası əsasən Qazaxıstan komandası ilə bərabər səviyyədə mübarizə apara biləcək: "Almaniya və Türkiyənin gücü hamıya məlumdur. Avstriya futbolu bu gün inkişaf dövrünü yaşayır. Belçika komandası da çox güclüdür, ona Dik Advokat kimi bir məşqçi rəhbərlik edir".

F.Musayevin fikrincə, AFFA püşkün nəticəsindən daha çox maddi səbəblərə görə razı qala bilər: "Bizim vaxtımızda hər püşkdən öncə dua edirdik ki, Almaniya rəqibimiz olsun. Çünki bu komanda ilə oyunun Bakıdan Almaniyaya teletranslyasiyası ən azı 3 milyon dollara başa gəlirdi. Mən hələ bizim AFFA-ya rəhbərlik etdiyimiz dövrdən danışıram. İndiki rəhbərliyin teletranslyasiya ilə bağlı müqavilədə hansı məbləği göstərdiyini deyə bilmərəm. Amma mənə elə gəlir ki, təkcə Almaniya ilə Bakıdakı oyunundan AFFA ən azı 3 milyon dollar gəlir əldə edəcək".
Keçmiş federasiya başçısı AFFA-ya rəhbərlik etdiyi dövrdə Azərbaycan millisinin Fransa və İtaliya ilə oyunlarda teletranslyasiyadan əldə etdiyi gəlir barədə də məlumat verib: "1994-cü ildə Fransa ilə ev oyununa görə o vaxt bizim büdcəmizə 600 min frank, yəni 400 min dollar daxil oldu. 2002-ci ildə İtaliya komandası ilə Bakıdakı matça görə federasiya ya 1 milyon, ya da 1,5 milyon dollar pul götürdü. O vaxtlar, elə indi də teletranslyasiyasına görə ilə ən yüksək məbləğ Almaniya və İngiltərə kimi komandaların iştirakı ilə keçirilən rəsmi oyuna görə verilir".

İdman şöbəsi

678 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008