09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

RÖVNƏQ ABDULLAYEV GETMƏSƏ,...

2010-02-09

...Azərbaycanda futbol olmayacaq

Milli komandamızın 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəllidir. Azərbaycan yığması A qrupunda Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstanla mübarizəyə qoşulacaq. Komandamızın yer aldığı qrupu ortabablar sırasına aid etmək olar. Yəni Avropanın ortabab komandaları bu qrupda ən azı ikinci yeri tutaraq final mərhələsinə yollanmaq şansı qazana bilər.

Təəssüf ki, hələ də Azərbaycan yığması qitənin ortababları sırasına aid edilmir. Milli komandamızın püşkatma zamanı “cırtdan” ölkələrlə birgə sonuncu - 6-cı səbətə salınması da bundan xəbər verir. Ən zəiflərin yer aldığı səbətdə postsovet məkanından Azərbaycandan başqa heç bir ölkənin adı yoxdur. Görün bizim komandanın reytinqi nə qədər zəifdir ki, əhalisi Bakıxanov qəsəbəsinin yarısı qədər olan Lixtenşteyn də daha sanballı yığmalarla 5-ci, biz isə xal paylayan komandalarla 6-cı səbətdə yer alırıq.
Təbii ki, futbolumuzun bu duruma salınmasında bütün məsuliyyəti AFFA və onun rəhbəri Rövnəq Abdullayev daşıyır. Abdullayev Azərbaycan futbolunun sükanı arxasına keçəndən sonra idmanın şahı sayılan futbol Azərbaycanda daha da acınacaqlı duruma gəlib. Futboldan kənar şəxs olan Rövnəq müəllimin AFFA-ya cəlb etdiyi kadrlar da işlərinin öhdəsindən gələ bilməyənlərdir. Hazırda cəmi 31 yaşı olan AFFA-nı baş katibi Elxan Məmmədov Azərbaycan futbolunu barmağına dolayıb. Onun qabiliyyəti ancaq tədbirlərdə şəkillər çəkdirməyə çatır. “Day-day” hesabına vəzifə tutan gənc baş katib futboldan, idarəçilikdən kənar şəxsdir.
Vitse-prezidentlər də öz işindədir. Biri deputatdır, öz işləri ilə məşğuldur. Digəri də neftdə-zadda başını qatır. Yəni vitse-prezidentlər də formal vəzifə tutanlardır. AFFA-da yer alan aşağı ranqlı səlahiyyət sahibləri də üzümüzü ağardanlardan deyil. Hakimlər Komitəsinə adı bir çox məşhur qalmaqallarda hallanan Xaqani Məmmədov başçılıq edir. Onun Tovuzdan gələrkən Ağstafa-Bakı qatarında “İnter”li dostu ilə dəm-dəsgah qurması hələ də dillərdən düşməyib.
Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun isə ümumiyyətlə futboldan kənarda olmuş adamdır. Qələmi tamam başqa sahələrdən yazan Nərimanoğlu mərhum Ramiz Mirzəyevin qəzetində işlədiyindən fürsət tapıb AFFA-ya işə düzəlib. Mirzəyevin AFFA prezidenti olduğu müddətdə bu posta gətirilən Nərimanoğluna Abdullayev də yaşıl işıq yandırdı. Rövnəq müəllim gördü ki, Mikayıl da onların adamıdır, yəni futboldan başqa hər nədən desən başı çıxır.
Ümumiyyətlə, AFFA-da əlini kimin üstünə qoysan, eyni halla üzləşəcəksən. Keçmiş futbol adamlarının da hərəsinə bir iş verib səslərini batırıblar. Vəziyyət o həddə çatıb ki, indi Azərbaycanda AFFA-nın rüsvayçı fəaliyyətini tənqid edən KİV-lər də barmaqla sayılacaq qədər azalıb. Hərəni bir yolla öz tərəflərinə çəkir, öz siyasətlərini həyata keçirirlər.
Əsas milli komandamız alman məşqçi Berti Foqtsa tapşırılıb. Hələ də heç kim bilmir Foqts hansı pula Bakıya gəlib. Bilinən isə odur ki, Foqts milliyə oyunçuları sifarişlə çağırır, AFFA-dan qabağına qoyulan siyahı ilə meydana oyunçu buraxır. Əgər futbol başbilənləri DÇ-2010-nun seçmə mərhələsində Rusiya (1:1) və Lixtenşteynlə (2:0) oyunları pulla almasaydı, komandamız tsikli 1 xalla başa vuracaqdı. Foqtsa yığmanın oyununa 3-4 gün qalmış gəlir, matçdan dərhal sonra da Almaniyaya qaçır. Bəlkə də Foqts yığmada oynayan oyunçuların bəzilərinin hansı klubda oynadığını da düz-əməlli bilmir.
Futbolumuzun başına oyun açanlar aşağı yaş qrupları üzrə mili komandaları da almanlara veriblər. 21 və 19 yaşlılardan ibarət komandalarımızın rəsmi oyunlarda üzləşdiyi biabırçı nəticələr də göz önündədir. Azərbaycanda futbolu planlı və düşünülmüş şəkildə inkişaf etdirə bilməyən Rövnəq müəllim süni, kortəbii uğurlarla özünü ölkə başçısının yanında təmizə çıxarmaq istəyir. Futzal üzrə milli komandamıza 7 (!) xarici oyunçu gətizdirən Abdullayev saxta yolla düzəldilmiş Azərbaycan adlı komandanı Avropa çempionatının yarımfinalına çıxartdırdı. Vəziyyət o həddə çatdı ki, Azərbaycan yığmasının heyətində kütləvi əcnəbiləri görən UEFA məcbur qalıb illər uzun dəyişməyən qaydalarını da dəyişməli oldu. Yəni bundan sonra hər bir milli komanda ancaq iki əcnəbi oyunçunu heyətinə qata bilər ki, onlar da ən azı 5 il həmin ölkədə yaşamalıdır. Bu isə o deməkdir ki, Azərbaycanın futzal yığması və Abdullayevin mayası batdı.
Hələ 19 yaşlı qızlardan ibarət Azərbaycan yığmasının heyətindəki “lipa”lara görə Avropa çempionatının final mərhələsindən qovulmasını demirik. Futbolumuzun başında əyləşənlər puldan-paradan basıb Rusiyadan-Ukraynadan əllərinə keçənləri gətirib saxta sənəd düzəltməklə komanda yaratmışdı. Bu uğursuz planı da “Komanda” qəzeti bir araşdırması ilə bitirdi, bütün “lipa”ları üzə çıxarıb AFFA-nı oyundankənar vəziyyətdə qoydu.
Görünən odur ki, Rövnəq Abdullayev və onun komandası Azərbaycan futbolunu uçuruma aparır. Milli komandamızın AÇ-2012-nin seçmə mərhələsində uğur qazanacağına ancaq sadəlövhlər, yalana-palana aldananlar inana bilər. Nə qədər ki, Azərbaycan futbolunda köklü dəyişikliklər baş verməyib, futbolumuz ölü vəziyyətdə qalacaq. Bir sözlə, Abdullayev və onun ətrafı futbolumuzdan getməli, bu sahəyə cavabdeh ola biləcək daha layiqli namizədlər nəzərdən keçirilməlidir. Yoxsa yenə məğlubiyyətləri sıralayıb onun məlum olan səbəblərini axtaracağıq...

Əlixan MƏSMƏLİYEV

1767 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008