 |
İdman
“BAKI” TOMAŞI HƏDƏLƏDİ 2010-03-01 Yaşar Seyidov: “O, FİFA-ya şikayət etməklə özünə problem yaratdı”
|
“Bakı” bolqar futbolçusu Aleksandar Tomaşa başqa bir klubla müqavilə imzalamaq səlahiyyəti verməyib". Bu barədə klubun rəsmi saytına komandanın icraçı direktoru Yaşar Seyidov açıqlama verib. “Bizim bu futbolçu ilə heç bir anlaşılmazlığımız yoxdur. Onun hərəkətləri bizi təəccübləndirir” - deyə Seyidov bildirib. İcraçı direktor Tomaşın və onun transfer vərəqəsinin “Bakı”nın ixtiyarında olduğunu, futbolçunun FİFA-ya şikayət etməklə özünə problem yaratdığını deyib: “Tomaşla bağlı ölkə mətbuatında yayılan bəzi dəqiqləşdirilməmiş xəbərlər idman ictimaiyyətini yanılda bilər. Onun ”Bakı" ilə 30 iyun 2010-cu il tarixə qədər davam edən müqaviləsi var. Bu müqavilə qüvvədədir, ona heç bir əlavə və ya dəyişiklik edilməyib. Tomaş bizim oyunçumuzdur, o, klubumuzun icazəsi olmadan başqa klubla müqavilə imzalaya bilməz". “Tomaş ”Bakı"nı qış fasiləsində, 2009-cu ilin dekabr ayının sonlarında tərk edib. Baş məşqçi Bülənt Qorxmaz bu futbolçunu komandanın 2010-cu il 5-17 yanvar tarixlərində Antalyada keçdiyi təlim-məşq toplantısına dəvət etməyib. Tomaş kluba müraciət edərək digər komandalarla məşq etmək barədə arzusunu bildirib və ona belə bir şərait yaradılıb. Bolqar futbolçunun FİFA-ya müraciət etməsinə gəldikdə isə o, bu addımı ilə özü-özünə problem yaradıb. FİFA-nın Hüquq Departamentindən bu gün (dünən-red.) aldığımız sənədə görə, Tomaş “Bakı” klubu ilə müqaviləsi barədə yanlış məlumat verib. Müqaviləsi olduğu halda digər klubla sənəd imzalamaq onun peşəkar səviyyəsini şübhə altına alır. FİFA-dan olan həmkarlarımız da bu məntiqlə tam razı olduqlarını bildirilər" - deyə “Bakı”nın saytı yazır. İdman şöbəsi 331 dəfə baxılıb
|
[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ [31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ [28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI [16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB [05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ [02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI [30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI [28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ [21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR [21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU [21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ [21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB [20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ [17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB [15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR? [15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR [15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI [12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB [11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ [03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI ARXIV
|