13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

“ATLETİKO”ya KÖMƏK EDƏN HAKİM CƏZALANDI

2010-03-03

İspaniya primerosunun texniki komitəsi növbəti iclasını keçirib. apasport.az saytının məlumatına görə, qurum Alfonso Peres Burrulu qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırmağa qərar verib. Buna ədalət təmsilçisinin ölkə çempionatının son turundakı idarəçiliyi səbəb olub.

Madridin “Visente Kalderon” stadionunda keçirilən “Atletiko”-"Valensiya" oyununu idarə edən Burrul işinin öhdəsindən gələ bilməmişdi. Məhz onun şübhəli qərarları meydan sahiblərinin işinə yaramışdı - 4:1.
Lakin referi təkcə madridlilərə kömək etməyib. Komitə onun qonaqların qapısına təmiz penaltini təyin etməməsini üzə çıxarıb. Məhz Reyesə qarşı kobudluq zamanı hakimin susması əks-hücumda Silvanın fərqlənməsinə səbəb olmuşdu. Aqueronun zərbəsindən sonra topun Marçenanın əlinə dəyməsini də gözdən qaçırması, “Atletiko” futbolçularının şikayəti və 4-cü hakimin məsləhətindən sonra qərar verməsi də Burrulun səhvləri kimi dəyərləndirilib.
Üstəlik o, penalti verməklə yanaşı Marçenanı da meydandan qovub. Burrul ötən mövsüm “Osasuna” ilə oyunda “Real”ın qapısına iki təmiz penalti təyin etmədiyi üçün 1 aylıq cəzalanmışdı. Qeyd edək ki, “Atletiko”nun 4 gün ərzində qazandığı iki qələbədə hakim “əməyi” olub. İspanlardan fərqli olaraq UEFA Avropa Liqasının fevralın 25-də İstanbulda keçirilmiş “Qalatasaray”la matçda hoqqa çıxaran italiyalı Roççini cəzalandırmayıb. Madridlilərin Türkiyə səfərindəki 2:1 hesablı qələbəsində də qırmızı vərəqənin rolu olmuşdu.

İdman şöbəsi

461 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008