12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

RÖVNƏQ ABDULLAYEV BİR ÇAMADAN PULDAN DANIŞDI

2010-03-06

Loqosunu dəyişən AFFA səs-küylü qərarlar verdi; onun prezidenti isə jurnalistlərə necə yazmağı öyrətmək istədi

Bu gün AFFA İcraiyyə Komitəsinin qapalı iclası keçirilib. İclasda bir neçə diqqət çəkən qərarlar çıxarılıb. Bunlardan biri AFFA-nın yeni loqosunun təsdiqlənməsi olub. Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov məlumat verib. Onun sözlərinə görə, loqo alov formasındadır.

İclasda 16 yaşlılardan ibarət yığma komandanın formalaşdırılması, AFFA-nın internet televiziyasının yaradılması da qərara alınıb.
Çempionata gəlincə isə İcraiyyə Komitəsinin iclasında çempionatın 10 komanda və 4 dövrədən ibarət olaraq keçirilməsi müzakirə olunub. Bununla bağlı yekun qərar İcraiyyə Komitəsinin mayda keçiriləcək növbədənkənar konfransda veriləcək.
Azərbaycan Qadın Futbolu Federasiyası (AQFF) da ləğv olunub. AFFA-nın iclasında adıçəkilən federasiyanın fəaliyyətinin dayandırılmasına qərar verib. Buna AQFF üzvlərinin aktiv fəaliyyət göstərməməsi səbəb olub. Bundan sonra Azərbaycanda qadın futboluna yeni yaradılan qurum rəhbərlik edəcək. Belə ki, Qadın Futbolunun İnkişafı Komitəsi yaradılması qərara alınıb.
AFFA prezidenti Rövnəq Abdullayev isə ötən gün mətbuat konfransı keçirib (apasport.az). Federasiya başçısı maraqlı açıqlamaları ilə diqqəti cəlb edib.

- Premyer-liqanın “altılıq” sistemi üzrə keçirilməsinə münasibətiniz necədir?

- AFFA İcraiyyə Komitəsində premyer-liqa ilə yanaşı kubokun formatına da toxunuldu. Qərara gəldik ki, 1/4 finaladək tək oyunlar keçiriləcək. Bu zaman komandalar oyunlara daha ciddi yanaşacaq, yarış daha maraqlı alınacaq. Qərarın qəbulunda dünya təcrübəsi əsas götürüldü. “Altılıq” məsələsinə gəlincə isə, bu sistemin mənfi və müsbət tərəflərini müzakirə etdik. Sözügedən formatın müsbət tərəfləri çox oldu. Əsas məqsədimiz premyer-liqanı maraqlı etməkdir. “Altılığ”ın tətbiqi zamanı oyunların, xüsusilə derbi matçların sayı artıb. Mayda çempionatın reqlamenti bir daha müzakirəyə çıxarılacaq. Hər necə olsa da 4 dövrəli sistemi saxlamaq vacibdir.

- Hakim Anar Niyazovun bağışlanması xəbəri doğrudurmu?

- Anar Niyazov mənə müraciət etmişdi. Bu gün (dünən-red.) Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşəcəyəm. Əgər o, günahlarını başa düşübsə, hakimliyə qaytarılacaq və yavaş-yavaş I divizionun oyunlarına təyinat alacaq. Biz heç bir mütəxəssisimizi itirmək istəmirik. Eyni zamanda günah işlətmiş şəxsləri də cəzasız qoymaq fikrimiz yoxdur.

- Bəs keçmiş FİFA referisi Babək Quliyevin məsələsi necə olacaq?

- Bu da eyni sualdır. Səhvini anlayan hakim öz işinə qaytarılacaq.

- Mətbuatda futbolun təbliği sizi qane edirmi?

- Yox, qane etmir. Öz iradımı baş katibə də bildirmişəm. Futbol şoudur, bu idman növünü kütləviləşdirmək üçün mətbuatın üzərinə böyük yük düşür. Bir məqamı da qeyd edim ki, İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında teleyayım məsələsinə də toxunuldu. Növbəti mövsümdən etibarən hansı klub istəsə, yayım hüququna özü malik olacaq. Bir neçə klub bizə müraciət göndərdiyindən teleyayım qaydalarında dəyişikliklər etmək qərarına gəldik. Bundan ötrü AFFA-ya ərizə ilə müraciət etmək lazımdır. Müraciət qəbul olunandan sonra yayım hüququ klubun özünə veriləcək və o, hansı teleşirkətlə istəsə, əməkdaşlıq edəcək.

- AFFA 18 il eyni loqonu daşıyıb. Yeni loqo ilə bağlı təkliflər çox idi, yoxsa az?

- Loqonun dəyişdirilməsi prosesi təxminən 6 ay vaxt apardı. Hələ Lixtenşteynlə matçdan öncə bu işə başlamışdıq. Köhnə simvolda milli rəmzlərdən heç nə yox idi. Nə A hərfi bilinirdi, nə də F hərfi. Düzü, yeni loqoya gerbimizi qoymaq istəyirdik. Lakin UEFA tərəfindən buna icazə verilmir. Dizayn şirkətləri arasında müsabiqə keçirdik və sonda bu loqonu qəbul etdik.

- AÇ-2012-nin seçmə mərhələsi barədə proqnozlarınız nədir? Sizcə, yığmamız neçə xal toplayacaq, neçənci yeri tutacaq?

- Çətin qrupa düşmüşük. Məndən olsa, deyərəm ki, birinci pillədə qərarlaşaq. Ancaq arzulamaqla iş bitmir. Ən əsası odur ki, milli komanda bizi təəssüfləndirməsin. Yığmanın heyətində 20 yaşadək olan 7 futbolçu var. Futbolda udmaq da olar, uduzmaq da. Ancaq gərək nəticə biabırçı olmasın. Əvvəllər qapılarından qol buraxırdılar, sonra sanki vətən müharibəsi başlayırdı, topu hara gəldi vururdular.

- İordaniya və Lüksemburq üzərində qazanılan qələbələrə görə futbolçulara mükafat veriləcəkmi?

- Bəli. Vaxt olub, yığma hətta məğlub olanda da mükafat vermişik. Əgər komanda özündən güclü rəqibə qarşı əzmlə mübarizə aparırsa, onların zəhmətini qiymətləndirmək lazımdır.

- Mükafatın məbləği nə qədər olacaq?

- Nəyinizə lazımdır? (gülür) Başqasının pulunu saymazlar. Bir şeyi də deyim. Lixtenşteynlə oyundan sonra yazırdılar ki, Elxan Məmmədov bir çamadan pul apardı, Rusiya ilə matçı almışıq. Nəyə gərəkdir ki, milli komandanı şərləmək, onun qələbəsini yerə vurmaq? Cavan oyunçulardır, belə sözlər onları “sındırır”. Bizi tənqid edin, onlara dəyməyin. Bir də ki, futbolçuları çox tərifləməyin.

 

 

 

İdman şöbəsi

1969 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008