13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

MƏZAHİR SÜLEYMANZADƏ AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI

2010-03-10

“Millinin heyətini Qurban Qurbanovla Rəşad Sadıqov müəyyənləşdirmişdi”

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadə hələ 3 il əvvəl tutduğu vəzifədən istefa verməsinin səbəbləri haqda maraqlı açıqlamalar verib. M.Süleymanzadə istedadlı idman jurnalisti Coşqun Eldaroğlunun suallarını cavablandırarkən “Komanda” qəzetinə bildirib ki, hər şey Azərbaycan milli komandasının Varşavada Polşaya 0:8 hesablı məğlubiyyəti ilə nəticələnən oyunundan sonra başlayıb.

“Oyun qurtardı, Ramiz Mirzəyev (AFFA-nın mərhum prezidenti-red.) soruşdu ki, indi nə etməliyəm. Dedim, Alberto Karlos Torres həqiqətən də mütəxəssisdirsə, final fitindən on dəqiqə sonra ərizəsini yazıb sizə verməlidir. Daha onu İngiltərəyə aparmamalıyıq, burdan birbaşa Braziliyaya yola salmalıyıq. Soruşdu ki, bəs məğlubiyyətin günahkarı kimdir. Dedim, məsuliyyətin 80 faizi Torresin, qalanı sizin üzərinizə düşür. On-on beş dəqiqə keçmişdi ki, Torres paltardəyişmə otağına girdi. Futbolçularla bir-bir görüşdü. Ərizəsini yazdı, gətirib verdi Ramiz Mirzəyevə. O da götürüb istefa ərizəsini cırdı. Heç kim bir söz demədi, çıxıb getdik hotelə. Oturduq, bu dəfə ikimiz deyildik, Elnur Əşrəfoğlu da bizimlə birlikdə idi. Ramiz Mirzəyev soruşdu ki, ərizəni cırdım, indi məğlubiyyətin günahkarı kimdir. Dedim, bu dəfə bütün məsuliyyəti siz daşıyırsınız. Razılaşmadı, başladı ki, futboldu da, udarsan da, uduzarsan da. Söhbət bitdi. Amma orada çox qəribə hadisə baş verdi. Millinin üzvləri başda Qurban Qurbanov olmaqla, qərar verdilər ki, İngiltərə ilə oyuna çıxmırıq. Bir neçə saat danışıqlar getdi. Ramiz Mirzəyev çox çalışdı, amma futbolçular yola gəlmədi. Tapşırıq verdi ki, Elşad Nəsirovu tapın. Onu Avropanın uzaq ölkələrinin birində tapdıq. Nyukasl aeroportunda qarşıladım. Gəlib futbolçularla danışdı, yalnız ona razılıq verdilər ki, meydana çıxırlar, amma heyəti özləri müəyyənləşdirirlər. Əsas işi Qurban Qurbanovla Rəşad Sadıqov gördü. Heyəti müəyyənləşdirdilər, hətta tələb elədilər ki, Torres ehtiyat oyunçular skamyasında da oturmasın. Sonradan yenə Elşad Nəsirovun sayəsində razılıq verdilər. Dedilər, otursun, amma oyuna müdaxilə etməsin. Uşaqlar yaxşı oyun göstərdi, hətta qol da vura bilərdilər. Oyundan sonra yenə Mirzəyevə təklif oldu ki, Torresi evinə yola salaq. Razılaşmadı. Qayıtdıq Bakıya. Oturub söhbətləşdik. Dedim, Ramiz müəllim, mənim dostumsunuz, amma çətin vəziyyətdə qalmışam. Ya dostumu itirməliyəm, ya da vəzifəmi. Vəzifə də böyük vəzifə deyildi. Cəmi 210 manat maaş alırdım. Dedim, dostumu itirmək istəmirəm, qoy gedib istirahət edim, pedaqoji fəaliyyətlə məşğul olum. Ədalətsizlik bax onda oldu. 0:8-dən sonra bir çox jurnalist millini tənqid elədi. Onların arasında Şakir Yaqubov, Rövşən Binnətli də vardı. Ramiz Mirzəyevin sözündən belə çıxdı ki, onları mən öyrətmişəm, çünki mənə yaxındılar. Dedim, milli 0:8 uduzanda AFFA prezidenti haqda nə demək olar. Təbii ki, tənqid olunmalı idi. Mətbuata informasiya sızırdı, başlayırdı ki, bunu necə öyrəniblər. Elə bilirdi ki, mən demişəm. Bax, bütün bunlara görə AFFA-dan getmək qərarına gəldim” - deyə Süleymanzadə bildirib.
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun M.Süleymanzadənin açıqlamasına reaksiyası belə olub (qol.az): “Futbolçular tərəfindən heyətin qurulmasından qətiyyən söhbət gedə bilməz. Sadəcə, bu oyun ərəfəsində millinin 3-4 futbolçusunun Torreslə ənənəvi məsləhətləşmələri oldu. Biz xahiş etdik ki, İngiltərə komandasına qarşı müdafiəyə meylli futbol oynamaq lazımdır, ona görə də iki müdafiəçinin əsas heyətdə meydana buraxılmasını təklif etdik. Çünki Polşaya qarşı matçda Torres hücumameylli taktika qurmuşdu. Həmin qarşılaşmada üç hücumçu ilə oynadıq. Bu isə ona gətirib çıxardı ki, komandamız 0:8 hesabı ilə acınacaqlı məğlubiyyətə uğradı”.
R.Sadıqov Torresdən ehtiyat oyunçular skamyasında oturmamağı tələb etmələri ilə bağlı iddialara da toxunub: “Hansı futbolçu məşqçisinə qarşı belə tələblə çıxış edə bilər? Mən özümdən danışacağam. Açıq şəkildə bildirirəm ki, milli komandada Torresin ən çox istədiyi və dəstək verdiyi futbolçu mən olmuşam. Məhz onun zamanında millinin kapitanı seçilmişəm. Necə ola bilər ki, bütün bu yaxşılıqlardan sonra mən Torresə qarşı çıxım? Götürün təhlil edin, ən uğurlu oyunlarımı məhz Torresin rəhbərliyi altında keçirmişəm. Torres millidən gedəndən sonra mənim başıma gələnləri bilirsiniz. Belə hərəkət etməyim mümkün deyil. Sadəcə, indi mətbuatda bəziləri ”Qarabağ"ın uğurlarına kölgə salmaq, “altılıq” oyunları ərəfəsində ona psixoloji təsir göstərmək üçün klubun baş məşqçisini və əsas futbolçularından birini hədəfə alıb. Görünür, komandanın heyətinin başdan-ayağa azərbaycanlılardan təşkil olunması bəzilərində qıcıq yaratmağa başlayıb. Bu təzyiqləri, atmacaları bir kənara qoymaq lazımdır. Məzahir Süleymanzadədən soruşmaq lazımdır ki, biz kimin yanında belə söhbətlər etmişik. Belə çürük söhbətləri gündəmə gətirməsinlər. Kim gəlib desə və sübut eləsə ki, məşqçinin işinə qarışmışam, ona göstəriş vermişəm, elə həmin dəqiqə futbolu ataram".
Hazırda “Qarabağ”ın baş məşqçisi postunu tutan Qurban Qurbanov da haqqında deyilənlərə münasibət bildirib: “İnsan eləmədiyi bir şey haqda eşidəndə istər-istəməz narahat olur. Məzahir Süleymanzadə elə şeylər deyib ki, adamın lap gülməyi gəlir. Sanki Torreslə bizim söhbətimiz zamanı yanımızda dayanıb, ağzımızdan çıxan sözü eşidib. Mən həmişə öz hərəkətlərimə cavabdeh olmuşam. Biz hansısa məşqçinin işinə qarışmamışıq. Bizim Torresə həm insan, həm də bir məşqçi kimi simpatiyamız olub. Ona hörmətlə yanaşırdıq. Bəzi oyunlardan öncə Torresin özünün istəyinə uyğun olaraq tövsiyələr verirdik”.

İdman şöbəsi

1419 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008