10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

“QARABAĞ” AZƏRBAYCANI SEVİNDİRMƏKDƏ DAVAM EDİR

2010-07-30

Ağdam klubu “doğma meydan”, “səfər matçı” amili tanımır

Ağdamin “Qarabağ” klubu bütün Azərbaycanı, xaricdə yaşayan soydaşlarımızı sevindirməkdə davam edir. İyulun 29-da Avropa Liqasının üçüncü təsnifat mərhələsində Polşanın Krakov şəhərində yerli “Visla” komandası ilə qarşılaşan komandamız rəqiblə başabaş mübarizə apararaq minimal hesablı qələbə qazanıb ”“ 1:0.

Qeyd edək ki, oyundan əvvəl hər kəs “Visla”nı matçın favoriti elan etmişdi. Hamı gözləyirdi ki, polyaklar asanlıqla 2:0, yaxud 3:0 hesabı ilə qalib gələcək, Bakıdakı cavab görüşündə isə meydana daha rahat çıxacaq. Ancaq “Qarabağ” proqnozları alt-üst etdi.
“Visla” ilə oyunun ilk dəqiqələrində bir qədər ehtiyatlı oynayan “Qarabağ” tezliklə vəziyyəti düzəltdi və rəqibə sübut etdi ki, Krakova “qapazaltı” olmağa gəlməyib. Ənənəvi olaraq polyaklarla zəif, inamsız oynayan milli komandamızdan və digər klub komandalarımızdan fərqli olaraq “Qarabağ” “Visla”ya mətanətlə dirəniş göstərdi.
Matçın birinci hissəsində meydan sahiblərinin qol vəziyyətləri vardısa, ikinci hissədə vəziyyət dəyişmişdi. “Qarabağ” daha yaxşı oynayırdı. Bunun nəticəsi 70-ci dəqiqədə gəldi. Rauf  Əliyevin yerinə meydana çıxan hücumçumuz Vüqar Nadirov 7-8 saniyədən sonra, topa ilk toxunuşundaca hesabı açdı ”“ 1:0.

Daha sonra “Qarabağ” heç də müdafiədə oturmadı, ardı-arası kəsilməyən hücumlara başladı. Əgər yarımmüdafiəçi və hücumçularımız bir qədər sərrast olsaydılar, “Qarabağ” ikinci, üçüncü, hətta dördüncü qolları da vura bilərdi. Əbran İsmayılov, Emin İmaməliyev, Georgi Adamiya, Samir Abbasov və başqaları fərqlənə bilərdilər.
Oyunun sonlarında “Visla” komandası azlıqda qaldı və “Qarabağ” say üstünlüyü də əldə etdi.
Oyunun 90-cı dəqiqəsində “Visla” komandası 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirmək imkanı qazasa da, qapıçımız Fərhad Vəliyev topu geri qaytardı. Əks-hücuma keçən futbolçularımız qol vurmaq imkanı qazansalar da yenə fürsəti boşa verdilər.
Oyun bu hesabla başa çatdı.
Bakıda keçirilən cavab görüşündə komandamız meydana daha rahat çıxacaq və bu cür oyunla Tofiq Bəhramov adına stadiona gələn on minlərlə azarkeşi sevindirəcək.

musavat,com

1571 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008