12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

HAKİMLİKLƏ BAĞLI DAHA BİR QALMAQAL

2010-08-24

Fariz Nəcəfov: “Vüsal Əliyev oyunu birtərəfli idarə etdi”

Unibank premyer-liqasının “Bakı”-"Qəbələ" oyunundan sonra hər iki klubun azarkeşləri arasında insident baş verib. qol.az-ın xəbərinə görə, matç bitəndən sonra azarkeşlər tribunaları tərk edib stadiondan çıxmaq istəyərkən onların arasında mübahisə yaranıb. Yalnız polisin müdaxiləsi nəticəsində hər iki klubun təqribən 50-dək azarkeşinin bir-biri ilə əlbəyaxa olmasının qarşısı alınıb. Hadisəyə azarkeşlərin bir-birinə söz atması səbəb olub.

“Qəbələ”nin baş məşqçisi Toni Adams isə “Bakı”ya uduzduqları oyunda hakimdən narazı qalıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında ingiltərəli mütəxəssis hakimlik haqda danışmaq istəməsə də, oyunun gedişatı zamanı o, baş hakim Vüsal Əliyevə etirazını başqa bir formada bildirib. Konkret olaraq matçın 89-cu dəqiqəsində V.Əliyev “Qəbələ”nin futbolçusu Milan Antiçə qırmızı vərəqə göstərdikdən sonra texniki zonada yan xətt mövqeyinə yaxın olan Toni Adams hakimə etirazını əsl avropalıya uyğun şəkildə - referini alqışlamaqla ifadə edib.
 “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da hakimlikdən narazılığını açıq şəkildə bəyan edib (apasport.az): “Əvvəlki 2 oyunla müqayisədə bu dəfə daha yaxşı çıxış etdik. Ancaq hakim oyunu birtərəfli idarə etdi. Ramim Antiçin ağzından vurdu. Yan xətt hakimi isə bunu görməməzliyə vurdu. Ancaq Jabanın yıxıldığı epizoda görə penalti təyin etdilər. Orda penalti yox idi. Bundan başqa, onlar da bizim futbolçunun ağzından vurdular. Bu gün tibbi müayinədən keçdi. Dişləri tökülüb”.
İki futbolçunun qırmızı vərəqə almasına gəldikdə isə F.Nəcəfov hakimin özünün buna şərait yaratdığını deyib: “Hakim futbolçuların çılğınlaşmasına şərait yaradır, sonra da qırmızı vərəqə göstərirdi. Oyunun protokoluna qeydlərimizi etmişik. Epizodlara yenə baxacağıq. Hakimlər briqadası oyunu birtərəfli idarə etdi”.
Qeyd edək ki, ölkə çempionatında cəmi 3 tur oynanılsa da az qala hər tur hakimliklə bağlı qalmaqal yaranır. Ötən tur Əfqan Həmzəyev AZAL-la görüşdə “Turan”ın təmiz qolunu hesaba almamaqla, qonaqlara qarşı qərəzli qərarlar verməklə tovuzluları uduzdurmuşdu. İndi də Vüsal Əliyev “Qəbələ”ni xalsız qoymaq üçün dəridən-qabıqdan çıxdı. Aydın görünür ki, AFFA-nın Hakimlər Komitəsi işinin öhdəsindən gələ bilmir. Ölkə çempionatında hakimlər ya bilərəkdən qərəzli idarəçiliyə yol verirlər, ya da hakimlərin elə səviyyəsi budur. Amma daha çox birinci variant inandırıcıdır. Çünki hakimlər oyunda qarşılıqlı səhvlərdən də çox bir klubun əleyhinə dalbadal qərarları ilə gündəmə gəlirlər. Çox güman ki, referilər meydanda obyektivlikdən qabaq Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun tapşırıqlarını yerinə yetirirlər. Yoxsa hər tur qərəzli hakimliklə bağlı müxtəlif klublar üsyan püskürməz...

İdman şöbəsi

507 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008