 |
İdman
“HAFKA”nın KLUBU İLƏ DARTIŞAN QƏZETİN JURNALİSTİ BIÇAQLANDI 2010-09-01 Rəsul Şükürsoy: “Ola bilər ki, hakimiyyətdaxili bir klan digər klana zərbə vurmaq üçün məni hədəf seçib”
|
“Komanda” qəzetinin köşə yazarı Rəsul Şükürsoy avqustun 31-nə keçən gecə Bakıda bıçaqlanıb. Bu barədə qəzetimizə zərərçəkmiş jurnalistin özü məlumat verib.
R.Şükürsoy baş verənləri belə xatırlayır: “Təqribən saat 23:30 radələrində Binəqədi qəsəbəsində ”Mərkəz" deyilən yerdə avtobusdan düşüb evə gedərkən hücuma məruz qaldım. Evə çatmağa təqribən 200 metr qalmış arxadan gələn bir şəxs söz-söhbətsiz sol əlindəki bıçaqla məni vurdu. Özümü tam müdafiə edə bilmədiyimdən qolumu qabağa verdim və bıçaq qoluma dəydi, amma hədəf sol döşüm idi. Onu ayaqla vurub uzaqlaşdıran zaman bıçaq əlindən düşdü. Qolumdan qan açıldığından məni vuranın bıçağını götürüb qaçmasına mane ola bilmədim". Bizimlə söhbəti zamanı xəstəxanada olduğunu söyləyən idman jurnalisti olayın məhz peşə fəaliyyəti ilə bağlılığını bildirdi: “Mənim şəxsi zəmində heç kimlə problemim yoxdur. Hadisənin arxasında kimlərin durduğunu indidən söyləmək çətindir. Hər bir klubun arxasında iri ranqlı məmurlar durur. Ola bilər ki, mənim bıçaqlanmağım hakimiyyətdaxili ziddiyyətlərin nəticəsidir. İstisna oluna bilməz ki, hakimiyyətdaxili bir klan digər klana zərbə vurmaq üçün məni hədəf seçib”. R.Şükürsoy olayın arxasında “Bakı” klubunun dayanması barədə də indidən bir söz deməyin çətin olduğunu vurğuladı: “Baş verən olay istənilən halda yüksək səviyyədə hazırlanmış bir təxribatdır. Əgər hadisəni ört-basdır etməyə çalışsalar, məlum olacaq ki, mənə qarşı təxribat yuxarıların sifarişidir. Bir də ki, futbolçular hansısa yazıya görə jurnalisti öldürməyə qalxmazlar”. R.Şükürsoy son günlər elektron poçtuna hədə xarakterli məktubların gəldiyini də bildirdi. Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsinin rəisi Natiq Qasımov milli.az-a açıqlamasında R.Şükürsoyun xəsarət alması ilə bağlı faktı təsdiqləsə də onun bıçaqlanma versiyasının hələ təsdiqlənmədiyini bildirib: “Jurnalistin bıçaqlanması və ya hər hansı şəraitdə xəsarət alması dəqiq deyil. Hazırda araşdırma aparılır. Baş vermiş hadisənin Rəsul Şükürsoyun peşə fəaliyyəti ilə bağlı olub-olmaması da araşdırılacaq. Çünki o, ilkin ifadəsində deyib ki, onu kiminsə haqqında sərt yazı yazdığına görə bıçaqlayıblar”. Polis şübhəli şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması ilə bağlı araşdırma aparır. “Mən Rəsul Şükürsoyun kim olduğunu bilmirəm. Küçədə qarşılaşsaq belə tanımaram. Sadəcə olaraq bir dəfə qəzetdə onun yazısını oxumuşam”. Bu sözləri isə qafqazinfo.az saytına açıqlamasında “Bakı”nın oyunçusu Mahmud Qurbanov deyib. Veteran futbolçu Şukursoyun bıçaqlandığı barədə heç bir məlumatının olmadığını bildirib: “Hadisədən xəbərim yoxdur. Onsuz da problemlərim var. Hadisə ilə bağlı adımın hallanmağı məni narahat edir. Mən futbolçuyam, cinayətkar deyiləm ki, kimisə bıçaqlayam. Düşünürəm ki, onlar belə hadisələrlə gündəmə gəlmək istəyirlər”. Yada salaq ki, bu son vaxtlar “Komanda” qəzetinin əməkdaşlarının üzləşdiyi ilk qanlı hadisə deyil. Avqustun 22-də səhər saatlarında “Bakı”nın oyunçusu Mahmud Qurbanov “Komanda”nın redaksiyasına hücum edib. O, baş redaktor R.Ergünə yumruq atıb, aranı sakitləşdirməyə çalışan qəzetin əməkdaşlarına xəsarət yetirib. Bununla da ürəyi soyumayan futbolçu kompüter monitorlarını yerə çırparaq redaksiya əməkdaşlarının istifadə etdiyi qab-qacaqları sındırıb. Mahmud bütün bunları söyüş söyə-söyə edib. 37 yaşlı oyunçu “Komanda”da dərc olunan “Nüfuzu pula dəyişən adam” başlıqlı yazıda qeyd olunanlardan qəzəblənərək belə addım atıb. Həmin yazıda Mahmudun hazırda çıxış etdiyi “Bakı” klubunda ehtiyatda oturduğu, həmçinin karyerasının son illərini doğma klubu “Gəncə”də oynamağa mənəvi borclu olduğu vurğulanıb. Elə bu hadisə bağlı təşkil olunan mətbuat konfransında Şükürsoy maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşmüşdü: “Məncə, hadisədə ”Bakı"nın əli var. Düzdür, bu hadisə rəhbərlik səviyyəsində deyil. Klubda nisbətən aşağı vəzifədə işləyənlər Mahmudu buna sövq ediblər".
Onu da qeyd edək ki, “Bakı” nəqliyyat naziri Ziya Məmmədovla böyük biznes ortağı olduğu bildirilən tanınmış iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovun klubudur. Klubun fəxri prezidenti Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Klubun rəhbərliyində təmsil olunanlar isə “Hafka”nın qardaşı və yaxın adamlarıdır. R.Şükürsoyun açıqlamasından belə qənaətə gəlmək olar ki, onu “Hafka”nın, ya da Ziya Məmmədovun hakimiyyət daxilindəki rəqibləri də döydürtdürə bilər. Çünki ortada Məmmədovların klubu ilə “Komanda” arasındakı ciddi qalmaqal vardı. Belə bir məqamda Məmmədovun rəqiblərinin mövcud durumdan faydalanması ağlabatandır. Amma elə “Bakı”nın şeflərinin qoluzorlu qoçularının da jurnalisti döyməsini istisna etmək olmaz. Mövzunu diqqətdə saxlayacağıq. İdman şöbəsi 1063 dəfə baxılıb
|
[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ [31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ [28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI [16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB [05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ [02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI [30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI [28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ [21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR [21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU [21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ [21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB [20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ [17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB [15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR? [15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR [15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI [12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB [11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ [03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI ARXIV
|