12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

ƏFRAN MESSİNİ QABAQLAYIB

2010-09-01

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) cari ilin ən məhsuldar oyunçularının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda bombardirimiz olan “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov 47 nəfərlik siyahıya düşüb.

Azərbaycan yığmasının da üzvü olan 22 yaşlı futbolçu 6 qolla 35-ci sırada yer alıb. İFFHS beynəlxalq miqyasda həm yığmada, həm də klubda vurulan qolları nəzərə alır. Bu il millidə 1 qol vuran İsmayılov qalan 5 topa Avroliqada imza atıb. Onun arxada qoyduğu futbolçular arasında ötən il həm dünyanın, həm də Avropanın ən yaxşısı seçilən “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi də var.

Düzdür, 41-ci olan Messi də İsmayılov kimi 6 qol vurub. Sadəcə, Əfran ondan fərqli yığmada qol vurduğundan qabaqdadır. Əslində, Əfran İFFHS-nin hələ ötən aydakı siyahısına düşməli olsa da, qurumun yol verdiyi texniki səhv buna imkan vermədi.

Qeyd edək ki, siyahıya son dünya çempionatının ən yaxşı futbolçusu seçilən uruqvaylı hücumçu Dieqo Forlan (“Atletiko”, 13 qol) başçılıq edir.

827 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008