|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclü 350 komandası arasında yeganə Azərbaycan təmsilçisi olan “Qarabağ” 211-ci pillədə qərarlaşıb. Bir ay əvvəlki ilə müqayisədə 22 pillə geriləyən Qurban Qurbanovun yetirmələrinin hesabında 84 xal var. “Qarabağ”ın geriləməsində avrokuboklardakı uğursuz çıxış, həmçinin PFL-in onların oyunlarını təxirə salması səbəb olub. Belə ki, avqustda cəmi 5 matç keçirən ağdamlılar vur-tut 2 qələbə qazanıb. Avropa Liqasında “Visla”nı (Polşa) 3:2 hesabı ilə məğlub edib, Almaniya “Borussiya”sından 2 matça 5 cavabsız qol buraxan (0:4, 0:1) “Qarabağ” ölkə çempionatında 2 dəfə meydana çıxmışdı. “Neftçi” ilə heç-heçə (1:1) və MOİK üzərində qələbə (1:0) sayəsində hesabına xal yazdıran Ağdam klubu təxirə salınan “Gəncə” və “Bakı” ilə qarşılaşmalarda həm xal, həm mövqeyini yaxşılaşdıra bilərdi. Siyahıya 293 xalla “İnter” (İtaliya) başçılıq edir. İlk “üçlük”də yer alan “Barselona”nın (İspaniya) 283, “Bavariya”nın (Almaniya) 253 xalı var.
522 dəfə baxılıb
|
[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ [31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ [28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI [16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB [05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ [02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI [30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI [28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ [21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR [21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU [21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ [21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB [20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ [17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB [15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR? [15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR [15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI [12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB [11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|