|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Rəhman Hacıyevin Türkiyənin “Altay” klubuna keçidi baş tutmayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bank Asya birinci liqa təmsilçisi “Bakı”dan icarə əsasında 3 illik transfer etdiyi 17 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Halbuki, türk komandasının prezidenti Ahmet Taşpınar iyulun 4-də ölkəmizə gələrək, gənc istedadın keçidi ilə bağlı rəsmi anlaşmaya imza atmışdı. Lakin futbolçunun xeyli müddətdir düşərgəsində hazırlıq keçdiyi klubun rəhbərliyi onun üçün lisenziya ala bilmədiyindən, bu transferə xitam verilib. Rəhmanın hələ 18 yaşı tamam olmadığı üçün atası Rəhim Hacıyev sənədləşmə məsələləri üçün İzmirə dəvət olunmuşdu. Onun Türkiyə konsulluğundakı problemin həlli ilə bağlı 15 gündən artıq davam edən səyləri nəticə verməyib. Avqustun 2-də konsulluqdan lazım olan sənədləri alan Hacıyev işçi vizası üçün Əmək və Sosial Müdafiə Nazirliyinin Miqrasiya İdarəsinə rəsmi müraciət edib. Bu sənəd yalnız “transfer pəncərəsi”nin son günündə verilib və Türkiyə Futbol Federasiyası Rəhmanın sənədini vaxtında FİFA-ya çatdıra bilməyib.
453 dəfə baxılıb
|
[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ [31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ [28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI [16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB [05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ [02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI [30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI [28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ [21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR [21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU [21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ [21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB [20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ [17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB [15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR? [15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR [15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI [12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB [11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|