|
İdman
GÜNAH NƏ TOPDADIR, NƏ TOPÇUDA, QAPIÇIDADIR 2010-09-03 FİFA "Jabulani"ni müdafiə etdi
|
FİFA DÇ-2010-un yekunlarına həsr olunan rəsmi təhlilini açıqlayıb. Asport.az-ın “AP”-yə istinadən verdiyi xəbərə görə, təhlili hazırlayan FİFA mütəxəssisləri çempionluq titulunu qazanan İspaniya millisini tərifləyiblər.
Onların fikrincə mundialda Afrika təmsilçilərinin uğursuz çıxışı komandaların sükanı arxasına əcnəbi mütəxəssislərin cəlb olunması ilə bağlı olub.
Təhlildə qapıçıların tez-tez buraxdığı səhvlərə xüsusi diqqət ayrılsa da, “Jabulani” topundan şikayətlərin üstündən sükutla keçilib.
Bir neçə qarşılaşmanın taleyinə həlledici təsir göstərən kobud haki səhvlərinə isə ümumiyyətlə epizodik toxunulub. Əvəzində futbolçuların mundiala yorğun qatılmaları vurğulanıb.
529 dəfə baxılıb
|