12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İdman

BERTİ FOQTS VƏTƏNİNDƏ BİZDƏN DANIŞIB

2010-09-04

Millimizin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına Azərbaycan futbolu ilə bağlı müsahibə verib. Ölkəmizdə ən uğurlu idman növünün şahmat olduğunu söyləyən Foqts futbolu xalqımıza kənar, bir növ sonradan mənimsənilən idman növü olaraq göstərib: “Azərbaycanlılar üçün ən vacib idman növü şahmatdır. Dünyanın ən məşhurlarından Kasparov Azərbaycan şahmat məktəbini təmsil edir. Bundan sonra populyar idman növləri arasında güləşi və ağır atletikanı söyləmək olar. Futbol sanki azərbaycanlılar üçün kənar bir idman növüdür. Avropada tanınmaq üçün ən azı 4-5 il zamana ehtiyacımız var. Daha tez mümkün deyil”.

Azərbaycandakı uşaq futbolu haqqında da fikirlərini bölüşən 63 yaşlı məşqçi daha sonra bunları bildirib: “Burada uşaqlar üçün futbol şəraiti olan yerlər azdır. Uşaqlar ən tez 12-13 yaşlarında futbol oynamağa başlayırlar ki, bu da çox gecdir. Çünki onlar bu yaşda uşaq ikən öyrənə biləcəklərini mənimsəmirlər. Mən bütün gücümlə çalışıram ki, futbol orta məktəblərdə tədris olunsun”.

Özünü sadəcə məşqçi yox, həm də futbolun inkişafında məsuliyyətli biri kimi gördüyünü dilə gətirən Berti Foqts regionlardakı işlərdən də danışıb: “Regionlarda futbolun inkişafı üçün əlaqədar qurumlar yaradılıb. Ancaq orada işləmək üçün məşqçilərə ehtiyac var. Artıq həmyerlimiz Erik Ruytmüller Azərbaycana gəlib və bir müddət orda qalıb. Xatırladım ki, Erik bir müddət sonra yenidən Azərbaycana gedəcək” (ANSPRESS).

638 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KAPELLO VƏZİFƏSİNDƏN GETDİ

[31.01.2012] - FUTBOL FEDERASİYASININ PREZİDENTİ İSTEFA VERDİ

[28.12.2011] - "KƏPƏZ" PREMYER LİQADAN KƏNARLAŞDI

[16.12.2011] - ÇL-də 1\8 FİNALIN PÜŞKÜ ATILIB

[05.12.2011] - FUTBOLÇU SOKRATES ÖLDÜ

[02.12.2011] - AVROPA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

[30.11.2011] - FOQTSUN MÜQAVİLƏSİ UZADILDI

[28.11.2011] - MİLLİMİZƏ 3 QOL VURAN FUTBOLÇU İNTİHAR ETDİ

[21.11.2011] - ROBERTO KARLOS SABAH BAKIYA GƏLİR

[21.11.2011] - "KƏPƏZ"İN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLDU

[21.11.2011] - KƏMALƏDDİN HEYDƏROVUN KLUBU AFFA-YA BARMAQ SİLKƏLƏDİ

[21.11.2011] - BERTİ FOQTS AFFA-ya HESABAT VERİB

[20.11.2011] - UEFA MAHİR ŞÜKÜROVA OYNAMAĞI QADAĞAN ETDİ

[17.11.2011] - “QƏBƏLƏ”nin BAŞ MƏŞQÇİSİ TONİ ADAMS İSTEFA VERİB

[15.11.2011] - FATİH TERİM AZƏRBAYCAN MİLLİSİNƏ GƏTİRİLİR?

[15.11.2011] - YIĞMAMIZA SERB QAPIÇI GƏTİRİLİR

[15.11.2011] - KAMRAN AĞAYEV “XƏZƏR LƏNKƏRAN”da QALDI

[12.11.2011] - MİLLİNİN İKİ FUTBOLÇUSU EVƏ GÖNDƏRİLİB

[11.11.2011] - GÖZLƏR İSTANBULA DİKİLDİ

[03.11.2011] - “REAL” 1/8 FİNALA VƏSİQƏ QAZANDI

ARXIV

Yeni MÜSAVAT © 2008