|
İdman
TÜRKİYƏ MİLLİSİ 14 MİLYON QAZANA BİLƏR 2010-09-06
|
Türkiyə Futbol Federasiyası milli komandaya Avropa çempionatında hədəfə çatacaqları təqdirdə 14 milyon lirə pul mükafatı verəcək. Federasiya bu varianta ay-ulduzluların çempionatda bütün güclərini qoyması üçün əl atıb. Ancaq hələ ki, bu pulların hər oyun və yaxud xallara görə veriləcəyi məlum deyil.
Qeyd edək ki, baş məşqçi Quus Hiddink bu gün oyunçuları ilə iclas keçirəcək və Belçika ilə oyun üçün lazımı məsləhətlərini verəcək. Daha sonra mətbuat konfransı keçirəcək mütəxəssis Antalyaya gedəcək (SİA). 725 dəfə baxılıb
|