 |
İqtisadiyyat
QAPALI TENDERLƏRİN BAHALI QALİBLƏRİ 2012-01-28 2007-ci ildə 32 milyon manata tikilən yol qovşağı, 2011-ci ildə 125 milyon manatadək şişirdilib; nəqliyyat layihələrini də daha az məsrəflə tikməyi öhdəsinə götürən şirkətlər tenderi uduzur
|
Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənədində göstərilib ki, Nəqliyyat Nazirliyi həmin il ümumilikdə 523 milyon 457 min 807 manat həcmində tender keçirib. Bu tenderlərin qalibləri arasında “Samur Holding” MMC, “FI-İnşaat” MMC, “İHİ” MMC, “Orion E” MMC, “Akkord”, “Kəpəz V” MMC və digər şirkətlərin adları var. Ümumilikdə 2011-ci ildə Nəqliyyat Nazirliyinin sifarişi ilə təxminən 141 milyon 880 min manat, “Azəryolservis” ASC-nin sifarişi ilə isə 381 milyon 580 min manat həcmində tender keçirilib (Azadlıq.org). 18 tenderin 5-də qalib olan “Kəpəz V” MMC “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanova məxsusdur. “Kəpəz V” vaxtilə Cavid Qurbanova məxsus olmuş “Texnika A” şirkətinin əvəzinə yaradılıb. “Samur Holding” MMC-nin sahibləri arasında isə Ziya Məmmədovun ailə üzvləri də var. Bu şirkət faktiki olaraq nəqliyyat nazirinə məxsusdur (azadlıq.az). “Akkord”un təqdimatına ehtiyac yoxdur. Bu şirkət hakim ailənin nəzarətindədir. Tenderin qalibi olan digər şirkətlər də Ziya Məmmədov və Cavid Qurbanovun nəzarətindədir. Bu şirkətlərin tanınması, hətta internet resurslarının olmaması onların törəmə şirkətlər olması ehtimalını artırır (azadlıq.az). “Yeni Müsavat” qəzetinin araşdırmasına görə, ötən il həyata keçirilən yol-nəqliyyat layihələri ən az 5 dəfə şişirdilib. Məsələn, Bakıda yeraltı keçid tikintisinə (Neftçilər prospektinin Sərdar Səfərov küçəsi ilə kəsişməsi) 5 milyon manat xərclənib. Keçidi “Samur Holding” MMC inşa edib. Ancaq analoji layihə 2007-ci ildə cəmi 1 milyon manata başa gəlib. Nəzərə alsaq ki, 2011-ci ildə 2007-ci illə müqayisədə tikinti materiallarının qiymət sabit qalıb, bəzi istiqamətlər üzrə hətta enmələr də var (tikinti materiallarının qiymətində 2008-ci ilin birinci yarısına qədər artım müşahidə edilib, 2008-ci ilin ikinci yarısında isə enməyə doğru gedib, sonrakı illərdə müəyyən qalxıb-enmələr olsa da, 2007-ci il səviyyəsini keçməyib). Sözügedən şirkətlərdə əməkhaqqı fondu da sabit qalıb. Deməli, burada söhbət yalnız korrupsiyadan gedə bilər. Başqa bir detal. Ötən il “Körpu Bina Tikinti” MMC Ziya Bünyadov prospekti ilə Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki yol qovşağının tikintisi üçün 125 milyon manat xərclənib. 2007-ci ildə həmin şirkət elə həmin rayonda yol qovşağını 32 milyon manata tikib. 2011-ci ildə nə baş verdi ki, məbləğ düz 4 dəfə artdı? Bunun da korrupsiyadan başqa izah yoxdur. Burada Satınalmalar üzrə Dövlət Agentliyinin məsuliyyəti də var. Necə olur ki, dövlət büdcəsi hesabına maliyyələşən tenderləri tanınmayan şirkətlər udur? Niyə bu tenderlər haqda elanlar ictimaiyyətə açıqlanmır? Tenderlərdə başqa hansı şirkətlər iştirak edib? Agentlik bu suallara aydınlıq gətirməlidir. Cox güman ki, “Barmek” sindromu hələ davam edir - Almaniyanın dünyaca məşhur “Simens” şirkəti “Bakıelektrikşəbəkə” ASC-yə 700 milyon dollar investisiya qoymağı təklif etdiyi halda, tenderi cəmi 300 milyon dollar investisiya təklif edən Türkiyənin “Barmek” şirkəti udmuşdu. Böyük ehtimalla, bu nəqliyyat layihələrini də daha az məsrəflə tikməyi öhdəsinə götürən şirkətlər tenderi uduzur. İqtisadiyyat şöbəsi 5595 dəfə baxılıb
|
[22.02.2012] - BAKCELL BU İL 4G-yə LİSENZİYA ALMAĞA ÇALIŞIR [22.02.2012] - DƏMİR YOLLARI İDARƏSİ XARİCDƏN QATAR GÖZLƏYİR [21.02.2012] - BƏYLƏR ƏYYUBOVUN GÖZÜ OLAN PİVƏ ZAVODUNU DANİMARKALILAR ALIR [21.02.2012] - QARDAŞLAR NƏQLİYYAT SEKTORUNU DE-YURE ƏLƏ KEÇİRİR [20.02.2012] - PULLARIMIZI TORBA İLƏ XARİCƏ DAŞIYAN MAFİYA HAQDA SENSASİON BİLGİLƏR [19.02.2012] - ZİYA MƏMMƏDOV QARDAŞINA TƏZƏ YAĞLI OBYEKT VERDİ [18.02.2012] - HEYDƏR ƏSƏDOV MƏMURLARA HÜCUMA KEÇİR [18.02.2012] - ZİYA MƏMMƏDOVUN BAŞI DƏRDDƏ [17.02.2012] - AZERCELL TELEKOM MMC 2011-Cİ İLİN YEKUNLARINI AÇIQLADI [17.02.2012] - “AST TELMAN” ZİYA MƏMMƏDOVLA ORTAQ OLUR [17.02.2012] - AZƏRBAYCAN QAZI ERMƏNİSTANA SATILIR [16.02.2012] - BAKIDA İRİ MƏMURLARA MƏXSUS 6 ŞADLIQ EVİ SÖKÜLƏCƏK [16.02.2012] - ƏLİ ƏSƏDOV “EUROVİSİON”u KORRUPSİYA MƏNBƏYİNƏ ÇEVİRİB [16.02.2012] - TƏLƏBƏLƏR ALDIĞI TƏQAÜDLƏ YAŞAYA BİLMİR [16.02.2012] - ZİYA MƏMMƏDOV TAKSİLƏRƏ YENİDƏN MÜHARİBƏ ELAN ETDİ [15.02.2012] - DEPUTAT-REKTORUN SAXTAKARLIĞI AVROPA MƏHKƏMƏSİNDƏ [15.02.2012] - SON BİR İLDƏ ÖLKƏDƏ ON FAİZ BAHALAŞMA QEYDƏ ALINIB [14.02.2012] - TÜRKİYƏYƏ QAZ VERİLMƏSİ TAM BƏRPA OLUNUB [14.02.2012] - ETİBAR PİRVERDİYEVİN 500 MİLYON MANATLIQ KORRUPSİYASI [13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR ARXIV
|