23 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

İQTİSAD UNİVERSİTETİNDƏ REPRESSİYA KÜLƏKLƏRİ

2012-01-29

Şəmsəddin Hacıyev 80 yaşlı professora qarşı
Bədirxan Musayevin rektorun əleyhinə məktubu “Yeni Müsavat”da dərc ediləndən sonra ona qarşı təzyiqlər artıb; bəzi müəllimlərin təkidi ilə çağırılan “zəhmətkeş iclasları”nın ardı-arası kəsilmir

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, rektorun keçmiş müşaviri Bədirxan Musayev unversitetin rektoru, Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin ağlasığmaz cəza sanksiyalarına məruz qalıb. Qocaman professorun rektoru mətbuatda tənqid etməsindən dərhal sonra 37-ci ilin cəza metodunu xatırladan mexanizm işə düşüb. Bu barədə “Yeni Müsavat”a universitetdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, 80 yaşlı professor “Yeni Müsavat”da dərc edilən məktubundan sonra müşavir vəzifəsindən uzaqlaşdırılıb. Bunun ardınca Ş.Hacıyevin göstərişi ilə hüquq-mühafizə orqanlarına müraciət edilib. Adı B.Musayevin məktubunda çəkilən müəllimlər belə hesab edir ki, 80 yaşlı professor onlara bohtan atıb. Ancaq bu, hələ son deyil.
Bədirxan MusayevUniversitet “zəhmətkeşlərinin” təkidi ilə Elmi Şuranın iclası çağırılıb və qocaman professorun hərəkətləri “universitetin nümunəvi kollektivinə qarşı ləkə” kimi qiymətləndirilib. Bu da azmış kimi, bir qrup müəllim B.Musayevə ən ağır cəza verilməsini tələb edib. Onlar cəzanın nədən ibarət olduğunu açıqlamasalar da rəhbərlikdən “qətiyyətli addımlar” atılmasını tələb ediblər. Heç bu da son deyil.
Elmi Şuranın ardınca universitetin ümumi yığıncağı keçirilib. Burada da B.Musayevin tənqidlərini özlərinə həqarət hesab edən bir qrup müəllim 80 yaşlı professora nifrinlər yağdırıb. Bununla da ürəyi soyumayan Ş.Hacıyevin göstərişi ilə Yeni Azərbaycan Partiyasının universitet şöbəsinin iclası çağırılıb (YAP-ın universitet şöbəsinin sədri Zəfər Bayramov da B.Musayevin tənqid hədəflərindən olub-red.). İclasda B.Musayevin hərəkətlərinə “siyasi qiymət” verilib və 80 yaşlı professor “dövlətçiliyə xəyanətdə” ittiham edilib.
Şəmsəddin HacıyevYada salaq ki, B.Musayev məktubunda universitetin rektoru Ş.Hacıyevi rüşvətxorluqda, qohumbazlıqda, yerlibazlıqda, qanunsuz tələbə köçürmələrində, universitetə məxsus mənzil kooperativini özününküləşdirməkdə, tədris yükünü süni şəkildə şişirtmədə ittiham etmişdi. Eyni məzmunlu məktubları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə və Təhsil Nazirliyinə göndərən professor sadaladığı faktları özünün iştirakı ilə yoxlamağı tələb edirdi.
Ş.Hacıyev isə “Yeni Müsavat”a açıqlamasında barəsində olan ittihamları təkzib etmişdi: “Bədirxan Musayev yaşlı, xəstə adamdır. Aqoniya vəziyyətindədir. Bu adam intriqasız, qalmaqalsız yaşaya bilmir, yaxın adamlarının haqqında da ən ağlasığmaz böhtanları söyləməkdən çəkinmir”.
Görünür, “yaşlı və xəstə adam”ın dedikləri tam hədəfə dəyib ki, Ş.Hacıyev opponentini 37-ci ilin repressiya metodları ilə susdurmaq istəyir. Əks halda “yaşına və xəstəliyinə” hörmət edib susmaq olardı. Ən azı ona görə ki, “xəstə və yaşlı adam” son günlərə qədər Ş.Hacıyevin müşaviri (məsləhətçisi) olub və onun iqtisad elminə tövfəsi yetərincədir.
B.Musayev 60 ilə yaxındır universitetdə çalışır, bu müddətdə kafedra müdiri, dekan və prorektor vəzifələrində işləyib. İqtisad elmləri doktoru, respublika Dövlət mükafatı laureatı, yeni elmi istiqamətin - “iqtisadi kibernetika”nın yaradıcısıdır. 60-dan çox elmlər namizədi və doktoru yetişdirib, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademikidir.
Yazıda adı çəkilən şəxslərin, o cümlədən hörmətli Ş.Hacıyevin mövqeyini dərc etməyə hazırıq.

İqtisadiyyat şöbəsi

5507 dəfə baxılıb

Xəbəri paylaş

[22.02.2012] - BAKCELL BU İL 4G-yə LİSENZİYA ALMAĞA ÇALIŞIR

[22.02.2012] - DƏMİR YOLLARI İDARƏSİ XARİCDƏN QATAR GÖZLƏYİR

[21.02.2012] - BƏYLƏR ƏYYUBOVUN GÖZÜ OLAN PİVƏ ZAVODUNU DANİMARKALILAR ALIR

[21.02.2012] - QARDAŞLAR NƏQLİYYAT SEKTORUNU DE-YURE ƏLƏ KEÇİRİR

[20.02.2012] - PULLARIMIZI TORBA İLƏ XARİCƏ DAŞIYAN MAFİYA HAQDA SENSASİON BİLGİLƏR

[19.02.2012] - ZİYA MƏMMƏDOV QARDAŞINA TƏZƏ YAĞLI OBYEKT VERDİ

[18.02.2012] - HEYDƏR ƏSƏDOV MƏMURLARA HÜCUMA KEÇİR

[18.02.2012] - ZİYA MƏMMƏDOVUN BAŞI DƏRDDƏ

[17.02.2012] - AZERCELL TELEKOM MMC 2011-Cİ İLİN YEKUNLARINI AÇIQLADI

[17.02.2012] - “AST TELMAN” ZİYA MƏMMƏDOVLA ORTAQ OLUR

[17.02.2012] - AZƏRBAYCAN QAZI ERMƏNİSTANA SATILIR

[16.02.2012] - BAKIDA İRİ MƏMURLARA MƏXSUS 6 ŞADLIQ EVİ SÖKÜLƏCƏK

[16.02.2012] - ƏLİ ƏSƏDOV “EUROVİSİON”u KORRUPSİYA MƏNBƏYİNƏ ÇEVİRİB

[16.02.2012] - TƏLƏBƏLƏR ALDIĞI TƏQAÜDLƏ YAŞAYA BİLMİR

[16.02.2012] - ZİYA MƏMMƏDOV TAKSİLƏRƏ YENİDƏN MÜHARİBƏ ELAN ETDİ

[15.02.2012] - DEPUTAT-REKTORUN SAXTAKARLIĞI AVROPA MƏHKƏMƏSİNDƏ

[15.02.2012] - SON BİR İLDƏ ÖLKƏDƏ ON FAİZ BAHALAŞMA QEYDƏ ALINIB

[14.02.2012] - TÜRKİYƏYƏ QAZ VERİLMƏSİ TAM BƏRPA OLUNUB

[14.02.2012] - ETİBAR PİRVERDİYEVİN 500 MİLYON MANATLIQ KORRUPSİYASI

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008