 |
İqtisadiyyat
İLİN SONUNACAN 3G TEXNOLOGİYASI TƏQDİM EDİLƏCƏK
Əli Abbasov internetin qiymətinin ucuzlaşmayacağını dedi
|
“Dünyada informasiya-kommunikasiya sektorunda (İKT) artımın 3-4 faizdən çox olmayacağı gözlənildiyi halda Azərbaycanda bu sahədə artım ilin sonuna təxminən 10 faiz gözlənilir. Bu il bizim üçün böyük layihələrin başlanması, islahatlar və onların nəticələri ilə yadda qaldı”. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən gün keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, artıq ölkə ərazisi tamamilə telefonlaşdırılıb: “Mobil sektorda böyük canlanma müşahidə olunur. Mobil istifadə sıxlığı ölkədə təxminən 80 faizdən yuxarıdır. Internet istifadəçilərinin sayı durmadan artır. Beynəlxalq reytinq təşkilatlarının məlumatına görə, bu göstərici təxminən 27 faizdən 37 faizədək dəyişir”. Ə.Abbasov bildirib ki, 2012-ci ildə ölkəmizdə rəqəmsal televiziya sisteminə keçiləcək: “Poçt sahəsində də böyük irəliləyiş var. Artıq Dünya Bankı ilə ölkəmiz arasında bağlanan müqaviləyə əsasən maliyyə xidmətlərinin verilməsi layihəsi poçt sistemində başa çatıb və bu, gələn ilin ortalarında tam istifadəyə veriləcək”. İri layihələrin həyata keçirilməsi üçün də bir sıra işlər görülüb. Bu layihlərdən biri Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafıdır: “Həmçinin ”Xalq kompyuteri" layihəsi öz bəhrələrini verir. Xalq kompyuteri beynəlxalq aləmdə də qəbul olunmuş bir layihədir. Bu layihəyə gözlənildiyindən də çox tələbat yarandı. Təhsil sistemində artıq layihənin ikinci mərhələsi həyata keçirilir. Digər sosial sferalarla, məsələn, səhiyyə sahəsi və mədəniyyət işçiləri ilə də danışıqlar aparılır. Bundan sonra isə iki regional layihə var ki, bunlar da “Regional innovasiya zonası” və “Avropa-Asiya superinformasiya magistralı” layihələridir". Nazir elektron imza layihəsinə toxunaraq layihənin bu il başa çatdığını qeyd edib. Onun sözlərinə görə, layihənin praktik həyata keçirilməsi 6 ay müddətinə uzadılır və gələn ilin ikinci yarısından ölkədə elektron imzanın tətbiqi reallaşacaq: “Süni peykin orbitə çıxarılmasına gəlincə, ”Bakutel-2009" sərgi konfansında bu barədə xüsusi nümayiş təqdim olundu. İstehsalçı şirkət, orbitə çıxarılan raketi hazırlayan şirkət və s. sərgidə idilər. Biz onlarla müzakirələr apardıq. 2011-ci ilin sonlarına süni peykin orbitə çıxarılacağı gözlənilir. Lakin müəyyən texniki məsələlər nəzərə alınaraq bu proses 2-3 ay müddətinə gecikdirilə də bilər. Noyabrın sonuna kimi bütün kontraktlar bağlanacağı gözlənilir". Nazir Transavrasiya superinformasiya magistralı barədə də məlumat verib. Onun sözlərinə görə, bu layihə artıq ölkədən kənarda, beynəlxlaq təşkilatklarda müzakirə olunur: “Biz hesab edirik ki, bir neçə aydan sonra BMT buna siyasi dəstək verəcək və bundan sonra konsorsiumun yaradılması, investorların cəlb olunması prosesləri start götürəcək. Layihənin həyata keçirilməsi üçün heç bir maneə yoxdur”. Ə.Abbasovun sözlərinə görə, hazırda Azərbaycanda internet xidmətlərinin qiymətinin artıq regional göstəricidən olduğunu söyləmək olar: “Bundan sonrakı hesablamalar göstərir ki, müəyyən nazirlik tərəfindən qiymətlərin aşağı salınması provayderlərin işlərinə də müəyyən xələl gətirə bilər. Bu sahədə yeni dalğa internetə genişzolaqlı çıxışın həyata keçirilməsidir ki, bizim bu sahədə bir qədər prolemlərimiz var və burada provayderlər tərəfindən müəyyən investisiyalar tələb olunur. Qiymətlərin endirilməsi nəticəsində onların bu investisiyaların qoyuluşunda problemlər yaşadığını nəzərə alaraq administrativ resurslardan hələlik istifadə etmək fikrimiz yoxdur. Ancaq yəqin ki, provayderlər arasında rəqabət artdıqca, internetin qiymətində ucuzlaşma olacaq”. Ə.Abbasov internetin sürətinin zəif olması məsələsinə də toxunub. Nazir Azərbaycanda maksimum sürətə internet almağın asan olmasından danışaraq deyib ki, bunun üçün abonentlər daha çox pul xərcləməlidir. Ə.Abbasovun fikrincə, abonentlər az pul xərcləyərək ucuz, həm də sürəti zəif olan interneti seçirlər: “Sürəti zəif interneti istifadəçilər özləri seçir”. Oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 15,7-yə çatıb. Mobil telefon abunəçilərinin sayı da artaraq 7,3 milyona çatıb. Bu isə əhalinin hər 100 nəfərinə 82 mobil abunəçinin düşməsi deməkdir. Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 8 ədəd, internet istifadəçilərinin sayı isə 37-yə bərabər olub. Ə. Abbasov qeyd edib ki, bu ilin dekabrında Azərbaycanda “3G” texnologiyasının tətbiqinə başlanacağı gözlənilir: “Ölkədəki mobil rabitə operatorlarından ”Azerfon" MMC, sonra isə “Azercell-Telekom” MMC bu texnologiyanın tətbiqinə başlayacaq". HƏBİBƏ 304 dəfə baxılıb
|
[03.09.2010] - AZƏRBAYCANDA TAXTA BAHALAŞACAQ [03.09.2010] - HÖKUMƏT TAXILLA BAĞLI MƏSƏLƏYƏ REAKSİYA VERDİ [02.09.2010] - PENSİYA VƏ MİNİMUM ƏMƏKHAQLARININ ARTIMI QANEEDİCİ DEYİL [02.09.2010] - GÜBRƏ VƏ MİNERALLARIN İDXALINDA BÖYÜK KORRUPSİYA [01.09.2010] - PREZİDENT ƏMƏKHAQQI VƏ PENSİYALARIN ARTIRILMASI HAQQINDA SƏRƏNCAM VERDİ [01.09.2010] - ÜNVANLI SOSİAL YARDIM SAHƏSİNDƏ MİLYONLARLA MANAT YEYİNTİ OLUB [01.09.2010] - GƏLƏN İL NEFTİN BÜDCƏ QİYMƏTİ 60 DOLLAR OLACAQ [01.09.2010] - PAYIZDA EVLƏR BAHALAŞACAQ? [01.09.2010] - İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ GƏNCƏDƏ VƏ QAZAXDA SEMİNAR KEÇİRİB [31.08.2010] - KÜRÜN YUDUĞU MİLYONLAR [31.08.2010] - 1 MİLYARD DOLLARDAN ÇOX ƏMANƏT TƏHLÜKƏDƏDİR [31.08.2010] - “QAZAXISTAN AZƏRBAYCANA TAXIL İXRACINI ARTIRMAĞA HAZIRDIR” [30.08.2010] - “BALAXANINEFT”də MÜDHİŞ OĞURLUQ [30.08.2010] - AZƏRBAYCANDA 68 ADDA MƏHSULUN İSTEHSAL VƏ SATIŞINA QADAĞA QOYULUB [29.08.2010] - “YOL MAFİYASI” ÖLKƏNİ BORCLA YÜKLƏMƏKDƏ DAVAM EDİR [29.08.2010] - CƏNUB RAYONLARINDA UNLA TAXIL BAHALAŞIB [28.08.2010] - TAXIL FONDU NƏ İŞLƏ MƏŞĞULDUR? [28.08.2010] - BANK AKTİVLƏRİ AZALIB [27.08.2010] - “LADA” AVTOMOBİLLƏRİNİN SATIŞ QİYMƏTLƏRİ ARTIRILIB [27.08.2010] - İRAN “NABUCCO”dan KƏNARDA QALDI ARXIV
|