|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycana daxil olan xarici investisiyaların həcmində ciddi azalmalar var. Dövlət Statistika Komitəsindən qəzetimizə verilən məlumata görə, 2008-ci ildə xarici investisiyalar 6 milyard 847,4 milyon, birbaşa investisiyalar isə 3 milyard 844,8 milyon dollar təşkil edib. O cümlədən neft-qaz sektoruna xarici investisiya 3 milyard 350,7 milyon, qeyri-neft sektoruna isə 494,1 milyon dollar olub. 2009-cu ilin I yarısında isə məcmu xarici investisiya 1 milyard 970,7, birbaşa investisiyalar isə 1 milyard 400,6 milyon, o cümlədən neft-qaz sektoruna 1 milyard 061,6, qeyri-neft sektoruna 350 milyon dollar olub. Ekspertlər bu azalmanın obyektiv və subyektiv səbəblərinin olduğunu bildirir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov yaranmış durumu “Ekspert” jurnalına şərh edərək bildirib ki, 2009-cu ildə xarici investisiyaların həcminin azalması əvvəldən gözlənilirdi: “Qlobal maliyyə böhranının təsiri ilə birbaşa investisiyaların həcmi yalnız Azərbaycanda deyil, digər ölkələrdə də azalıb. Çünki böhranın təsirlərindən biri odur ki, investisiya şirkətləri qərar qəbul edərkən daha tərəddüdlü olur. O baxımdan maliyyə böhranı başlayandan sonra investisiyaların həcmində də azalmalar var. Əgər ”Ceneral Motors" kimi iri şirkət nəinki yeni investisiya həyata keçirmir, hətta bir sıra ölkələrdəki zavodlarını da bağlayırsa, bu, o deməkdir ki, birbaşa investisiyaların həcmində azalmalar var. Azərbaycanda birbaşa xarici investisiyaların azalmasının da birinci səbəbi odur ki, dünya maliyyə böhranı davam edir. Böhran xaricdən Azərbaycana daxil olan vəsaitlərin həcminə təsir göstərməyə bilməzdi. Çünki investorlar ehtiyatlı davranmağa məcbur olub. Məsələ həm də ondadır ki, investorların vəsaitləri tükənib. Maliyyə böhranı maliyyə qıtlığının yaranması, bu isə investorların xaricə maliyyə yatırması üçün vəsaitlərinin olmaması deməkdir". Həbibə ABDULLA 741 dəfə baxılıb
|
[04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR” [02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR [01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB [01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR [31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ [31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB [30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR [30.01.2012] - HACIBALA ABUTALIBOV VƏ CAVİD QURBANOVA CİNAYƏT İŞİ AÇILMALIDIR [29.01.2012] - İQTİSAD UNİVERSİTETİNDƏ REPRESSİYA KÜLƏKLƏRİ [29.01.2012] - RUSİYADA SAXLANILAN QATAR VƏ ARİF ƏSGƏROVUN MİLYARDLIQ KORRUPSİYASI [28.01.2012] - QAPALI TENDERLƏRİN BAHALI QALİBLƏRİ [27.01.2012] - MƏRKƏZİ BANK “BANK MELLİ İRAN”LA BAĞLI AÇIQLAMA VERDİ [27.01.2012] - CAVİD QURBANOVUN BANKINDA YOXLAMALAR BAŞLADI [27.01.2012] - OLİQARXLARIN BANKLARI BAĞLANIR [26.01.2012] - ABŞ-dan SEVİNDİRİCİ XƏBƏR [26.01.2012] - CAHANGİR HACIYEVİN ADI 20 MİLYONLUQ FINDIQ MAXİNASİYASINDA [25.01.2012] - “AZƏRENERJİ” XƏBƏRINI TƏKZIB ETDI? [25.01.2012] - DÜNYADA ƏRZAĞA ƏN ÇOX AZƏRBAYCANLILAR PUL XƏRCLƏYİR [24.01.2012] - KƏBİRƏ MƏMMƏDOVA VERGİ ORQANLARINI ALDADIB [24.01.2012] - «BAKCELL» KLASS ABUNƏÇİLƏRİNƏ İKİ TARİF TƏQDİM EDİR |
| Yeni MÜSAVAT © 2008 |
|