 |
İqtisadiyyat
ENERJİ SEKTORUNDA 48 MİLYON MANATLIQ FIRILDAQ 2010-01-31 “Azərenerji” ilə Statistika Komitəsinin göstəriciləri üst-üstə düşmür
|
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının ekspert qrupu enerji sektorundakı mövcud durumla bağlı analitik yazı ilə çıxış edib. Yazıda qeyd edilir ki, 2009-cu ilin yekunlarına görə, Azərbaycanda istehsal edilən elektrik enerjisinin statistikasında əməlli-başlı “əyrilik yaranıb”. Özü də bu əyriliyin xətası 800 milyon kVt/saat olub. Dəyər şəklində isə bu, 48 milyon manat təşkil edib. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatında 2009-cu ildə Azərbaycanda 17,8 mlrd kVt/saat elektrik enerjisinin istehsal edildiyi bildirilir. Bunun 12,5 faizi su elektrik stansiyalarının (HES), 87,5 faizi istilik elektrik stansiyalarının (İES) payına düşür. Yazıdan aydın olur ki, “Azərenerji” ASC-nin məlumatları komitənin rəsmi məlumatlarından kəskin fərqlənib: “Bunu ”Azərenerji" ASC-nin bu ilin 12 yanvarında yayılan məlumatından görmək olar. Məlumatda bildirilir ki, 2009-cu ildə Azərbaycanın enerji sistemində 18,6 mlrd kVt/saat elektrik enerjisi istehsal edilib, bu, 2008-ci ildəkindən 1 mlrd 578,8 mln kVt/saat azdır. Bu həcmdən İES-lərin payına 16,3 mlrd kVt/saat (2008-ci ildə 18 mlrd 33,6 kVt/saat), HES-lərin payına 2,3 mlrd kVt/saat (2 mlrd 142,2 mln kVt/saat) düşür". Maraqlısı isə budur ki, indiyə qədər müvafiq dövlət qurumları bu məsələyə aydınlıq gətirməyiblər. Sözün düzü, itmiş 800 mln kVt/saat elektrik enerjisini tapmaq heç də sadə bir şey deyil, axı! Bundan başqa, heç cür anlamaq olmur ki, niyə ÜDM-i son 6 ildə analoqu olmayan sürətlə (təkcə 2009-cu ildə 9,3 faiz) artan, 812 min yeni iş yeri açılan, əhalisinin sayı 600 min nəfər artan Azərbaycanda elektrik enerjisi istehlakı katastrofik həddə (2005-ci ildə Statistika Komitəsinin məlumatına görə, ölkədə 24,1 mlrd kVt/saat elektrik enerjisi satılıb) azalmağa başlayıb?" Yazıda qeyd olunur ki, son 5 ildə Azərbaycan energetika layihələrinə (köhnə elektrik stansiyalarının yenidən qurulması, modul və stasionar İES-lərin inşası, elektrik xətlərinin dəyişdirilməsi və s.) 2 mlrd.dollardan artıq vəsait xərcləyib və bunun nəticəsində ölkənin enerji potensialı artaraq 4300 MVt-dan 6400 MVt-a çatıb: “Çox ehtimal ki, yaxın 2 ildə bu sahəyə daha 1,2 mlrd. dollar sərmayə qoyulacaq. Hökumət bölgələrdə 2 su elektrik stansiyası tikməyi, Abşeronda 230 MVt gücündə yeni İES (Balaxanı qəsəbəsində zibilin utilizasiyası nəticəsində elektrik enerjisinin alınması layihəsi) işə salmağı, eyni zamanda qərb və cənub istiqamətlərində yeni elektrikötürmə xətləri çəkməyi planlaşdırır. Bütün bu tədbirlərə baxmayaraq, ölkədə elektrik enerjisi istehsalının tənəzzülü davam edir. Qonşu ölkələrlə enerji mübadiləsi nəticəsində yaranmış elektrik ixracı isə ildə 0,5 mlrd. kVt/saat-dan çox deyil. Həm də ki, xaricə elektrik enerjisi satışı sahəsində Azərbaycan indiyə qədər hətta orta müddətli perspektivdə belə heç bir dənə də olsun müqavilə bağlamayıb, onun enerji mübadiləsi çərçivəçində satdığı elektrikin qiyməti isə özünün daxili bazarındakı pərakəndə satış qiymətindən 2 dəfə azdır". Ekspertlərin fikrincə, Azərbaycan hökumətinin ölkənin enerji potensialının daim artırılması üzrə apardığı siyasəti başa düşmək çətindir: “Energetika sektoruna qoyulan sərmayələr, nəticə etibarilə, ona olan ümidləri doğrultmur. Ölkədə elektrik enerjisinin nəqli və paylanması sahəsində itkilər hələ də çox böyükdür (3 mlrd. kVt/saat-a yaxın). Köhnə elektrik stansiyalarının modernləşdirildiyi və yenilərinin istifadəyə verilməsinə baxmayaraq, indiyə qədər 1kVt/saat elektrik istehsal etmək üçün 330 qram şərti yanacaq işlədilir. Bu göstərici Avropa standartlardan 2 dəfə çoxdur. Eyni zamanda, təkcə bölgələrdə deyil, hətta Bakını mərkəzində belə adi istehlakçı çox böyük çətinliklə keyfiyyətli elektrik enerjisi ala bilir”. Qeyd edək ki, Avropa Komissiyası (Avropa İttifaqı strukturu) bu il Azərbaycan hökumətinə energetika sahəsində islahatlar keçirmək üçün 13 mln avro qrant ayırıb. Bundan 250 min avro “Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi” layihəsinin icrası üçün ayrılıb. HƏBİBƏ 708 dəfə baxılıb
|
[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” [05.02.2012] - “AZƏRİQAZ”IN NÖVBƏTİ YALANI [04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR” [02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR [01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB [01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR [31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ [31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB [30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR ARXIV
|