 |
İqtisadiyyat
VETERANLARIN PENSİYASI ARTIRILDI 2010-02-02
|
İkinci Dünya müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, artım İlham Əliyevin 22 iyun 2009-cu il tarixli “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram”ın təsdiq edilməsi haqqında sərəncamı çərçivəsində həyata keçirilib: “Proqramda Dövlət Sosial Müdafiə Fonduna 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə təkliflərin verilməsi barədə tapşırıq verilib. Bu tapşırığa uyğun olaraq hazırlanan təkliflər ”Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər və əlavələr sırasında yer almışdı. Prezident tərəfindən təsdiqlənən dəyişikliklər və əlavələr 1 yanvar 2010-cu il tarixdən qüvvəyə minib". Artıq Dövlət Sosial Müdafiə Fondu tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması yanvar ayı üzrə həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb. HƏBİBƏ 988 dəfə baxılıb
|
[04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR” [02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR [01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB [01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR [31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ [31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB [30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR [30.01.2012] - HACIBALA ABUTALIBOV VƏ CAVİD QURBANOVA CİNAYƏT İŞİ AÇILMALIDIR [29.01.2012] - İQTİSAD UNİVERSİTETİNDƏ REPRESSİYA KÜLƏKLƏRİ [29.01.2012] - RUSİYADA SAXLANILAN QATAR VƏ ARİF ƏSGƏROVUN MİLYARDLIQ KORRUPSİYASI [28.01.2012] - QAPALI TENDERLƏRİN BAHALI QALİBLƏRİ [27.01.2012] - MƏRKƏZİ BANK “BANK MELLİ İRAN”LA BAĞLI AÇIQLAMA VERDİ [27.01.2012] - CAVİD QURBANOVUN BANKINDA YOXLAMALAR BAŞLADI [27.01.2012] - OLİQARXLARIN BANKLARI BAĞLANIR [26.01.2012] - ABŞ-dan SEVİNDİRİCİ XƏBƏR [26.01.2012] - CAHANGİR HACIYEVİN ADI 20 MİLYONLUQ FINDIQ MAXİNASİYASINDA [25.01.2012] - “AZƏRENERJİ” XƏBƏRINI TƏKZIB ETDI? [25.01.2012] - DÜNYADA ƏRZAĞA ƏN ÇOX AZƏRBAYCANLILAR PUL XƏRCLƏYİR [24.01.2012] - KƏBİRƏ MƏMMƏDOVA VERGİ ORQANLARINI ALDADIB [24.01.2012] - «BAKCELL» KLASS ABUNƏÇİLƏRİNƏ İKİ TARİF TƏQDİM EDİR ARXIV
|