09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

BİZİM NƏ QƏDƏR QAZIMIZ VAR?

2010-02-04

Azərbaycan insanını 365 gün normal qazla təmin etmək mümkündür

Azərbaycan hökuməti neftdən sonra qazla öyünməyə başlayıb. Rəsmilər tez-tez iddia edirlər ki, qazımız ölkəmizin mövqeyini həm regionda, həm də dünyada möhkəmləndirir. Guya Avropa Azərbaycan qazına möhtacdır görüntüsü də öz yerində. Üstəlik, Azərbaycanın enerji ehtiyatlarının özünə artıqlaması ilə bəs etdiyini deyənlər də var. Hətta qaz ehtiyatlarımızın bundan sonra 100 il bizə bəs edəcəyi də bildirilir. Reallıqda Azərbaycanın nə qədər qaz ehtiyatı var? Ölkənin illik istehsal gücü nə qədərdir? Azərbaycan qazı kimə, nə qədər müddətə çatar?

“Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarından qaz çıxaran beynəlxalq konsorsiumun operatoru olan bp şirkəti Azərbaycanın qaz ehtiyatının həcmini 1.3 trilyon kubmetr həcmində təsdiqləyir. 2008-ci ilin nəticələrinə əsasən, Azərbaycan təsdiqlənən qaz ehtiyatının həcminə görə, 1 trilyon kubmetrdən çox ehtiyatı olan 22 ölkə arasında ancaq Hollandiyanı qabaqlayır. Lakin önəmli qaz istehsalçısı ölkələri arasında Azərbaycan ildə 22.8 milyard kubmetr qaz istehsal etməklə 2008-ci ildə ancaq Liviya, Küveyt və müharibədən sonra infrastrukturu dağılan İraqı qabaqlaya bilib.
Amma bu 22.8 milyard kubmetrin 11.6 milyard kubmetrini Azərbaycan öz daxili tələbatına sərf edir. Yəni ixrac üçün yerdə 11.2 milyard kubmetr qalır. Azərbaycan qazının potensial alıcıları ola biləcək Avropa ölkələrinin qaza olan illik tələbatını göstərən rəqəmlərə əsasən demək olar ki, Azərbaycan qazının hamısını özünə saxlamadan satsa, bütün qaz ehtiyatı Avropaya 2 il, Avropa Birliyinə 2.7 il, “Nabucco” kəməri ilə qaz almaq istəyən ölkələrə isə 7 il çata bilər.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə isə Azərbaycanın təbii qaz ehtiyatlarının 2 trln. kubmetrdən artıq olduğunu deyib. Onun sözlərinə görə, bu ehtiyatların 1,2 trln. kubmetri “Şahdəniz” yatağında, 300 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda, 500 mlrd. kubmetri isə digər yataqlardadır.
Qaz ehtiyatlarımız ölkənin bütün ərazisinin qazla təminatına imkan verir. Azərbaycanda 1,1 milyon abonent var. Rəsmi normativlərə görə, bir abonentin aylıq qaz istehlakı 100 kubmetrdir. Bunu 12-yə vuranda 1200 edir. Onu da 1,1 milyona vuranda 1,320 milyard kubmetr edir. Bildirilir ki, Azərbaycanda daxili tələbat 11 milyard kubmetrə yaxındır. Bunun da yarısını yazıblar “Azərenerji”nin üstünə. Faktiki olaraq bu il 1 milyard kubmetr qaz satışı nəzərdə tutulur. Yəni hökumət istəsə, ölkə insanını 365 gün yaxşı təzyiqli qazla təmin edə bilər. Lakin nəinki nisbətən kənar kəndlərdə, Bakı rayonlarının əksəriyyətində qazın təzyiqi adi məişətdə istifadə ediləcək dərəcədə deyil.

HƏBİBƏ

659 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

[05.02.2012] - “AZƏRİQAZ”IN NÖVBƏTİ YALANI

[04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR”

[02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR

[01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB

[01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR

[31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ

[31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB

[30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008