16 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

İNVESTORLAR AVRODAN İMTİNA EDİRLƏR

Bir sıra ölkələrin müflisləşmək təhlükəsi avronun məzənnəsini risk altında saxlayır

Mərkəzi banklar tərəfindən avronun alışı kəskin azalmasının ardınca investorlar öz aktivlərindəki avrodan imtina etməyə başlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, mərkəzi bankların ehtiyatlarında avro nominalında olan vəsaitlərin artım tempi ötən ilin III rübündə 12 faizdən 6 faizə (1,23 trilyon dollara qədər) düşüb.

Analitiklərin fikrincə, mərkəzi banklar tərəfindən avroya tələbatın azalması bazar iştirakçılarına da təsirini göstərib. UBS bankının hesablamalarına görə, Avropa fond bazarlarından vəsaitlərin axını 19 həftə ərzində 13 milyard dollar təşkil edib.
“VTB kapital”ın mütəxəssisi Nil Makkinnon hesab edir ki, bir sıra ölkələrin müflisləşmək təhlükəsi avronun məzənnəsini risk altında saxlayır. “Yunanıstanda baş verənlər avronun məzənnəsi üçün təhlükədir. Bu problemin həlli yolu və kimin riskə cavabdeh olacağı məlum deyil”, - deyən  A.T.Kearney fondunun eksperti Martin Uokerin fikrincə, avronun məzənnəsi bütün bunların həllindən asılıdır. 
Qeyd edək ki, Nobel mükafatı laureatı Nuriel Rubini Davosda keçirilən iqtisadi forum zamanı Yunanıstan və Portuqaliya büdcələrinin avro zonanın dağılması üçün təhlükə olduğunu açıqlamışdı. Son 3 həftədə “Bloomberg” sistemində avronun indeksi (dollar, funt, iyena, İsveçrə frankı və İsveç kronuna qarşı dinamikanı göstərir) 3 faiz ucuzlaşıb ki, bu da il ərzində ən pis göstəricidir.

HƏBİBƏ

530 dəfə baxılıb

[16.03.2010] - HÖKUMƏT PARLAMENTDƏ HESABAT VERMƏYƏ HAZIRLAŞIR

[16.03.2010] - MƏRKƏZİ BANKDA KADR DƏYİŞİKLİYİ

[16.03.2010] - RÖVNƏQ ABDULLAYEV 600 NƏFƏRİ İŞSİZ QOYUB

[15.03.2010] - AVROPA XƏZƏR SARIDAN NARAHATDIR

[15.03.2010] - “TOYOTA”nı ÇÖKDÜRƏ BİLƏRLƏR

[14.03.2010] - 9 GÜNLÜK BAYRAM TƏTİLİ HARAMIZA YARAŞIR...

[14.03.2010] - “PREZİDENTƏ YALAN MƏLUMAT VERİLİB”

[14.03.2010] - FÜZULİ ƏLƏKBƏROV 50 MİLYON MANATI “TAPIB”

[14.03.2010] - MURDAR ƏTDƏN DÖNƏR SATIŞI DAVAM EDİR

[14.03.2010] - BİZDƏ İŞIQPULUNU VERMƏYƏNİ AĞACA BAĞLAYIB DÖYÜRLƏR

[13.03.2010] - HÖKUMƏTİMİZ 4 MİLYARDIN İZİNİ İTİRİB!

[13.03.2010] - İŞ ADAMLARI İQTİSADİ REPRESSİYAYA MƏRUZ QOYULUR

[13.03.2010] - ZİYA MƏMMƏDOV ONLARLA ADAMI ÇÖRƏKSİZ QOYUR

[13.03.2010] - DEPUTATIN ZAVODUNU BAĞLADILAR

[12.03.2010] - “FORBES” MİLYARDERLƏRİN ADINI AÇIQLADI

[12.03.2010] - İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ HESABAT VERDİ

[12.03.2010] - ELMAN RÜSTƏMOV MÜAVİNİNİN “SƏHVİ”ni DÜZƏLTDİ

[12.03.2010] - İKİLİ MÜHASİBATLIĞI YARADANLAR ELƏ DÖVLƏT ORQANLARIDIR

[11.03.2010] - NEFTDƏN ASILILIĞIN PİK HƏDDİ

[11.03.2010] - DAHA BİR BANK MÜFLİS OLMAQ ƏRƏFƏSİNDƏ

ARXIV

Yeni MÜSAVAT © 2008