16 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“AZƏRİTTİFAQ”ın FƏALİYYƏTİ BƏRPA EDİLİR

Eldar İbrahimov: “Azərbaycanda kooperasiya sistemi uğurlu nəticələrə gətirər”

Milli Məclisin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi hazırlanır. Qanun layihəsinin parlament müzakirələrinə çıxarılması nəzərdə tutulur. Qanunun hazırlanması zərurəti barədə modern.az saytına danışan Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu layihənin qəbulu çox vacibdir.

“Bu sənədin hazırlanması ilə hazırda mütəxəssislər və bizim əməkdaşlar məşğul olur. Sənədin hazırlanmasında məqsəd odur ki, ölkədə kənd təsərrüfatının inkişafına təkan, stimul verilsin. Onu da qeyd edim ki, kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrində - Almaniyada, İngiltərədə, Fransada, Avstriyada və digərlərində mövcuddur. Ümumiyyətlə, kooperasiya nə deməkdir? Kooperasiya istehsalçıdan - məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinə qədər bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Məsələn, bu gün kənddə istehsalla məşğul olan fermer sahədə işləyir. İndi belə olan halda, o, məhsul istehsalında iştirak etsin, yoxsa onu emal müəssisəsinə gətirsin və ya bazara çıxarıb satışı  ilə məşğul olsun? Bu, bir adamın görəcəyi iş deyil. Tədarükçü, emalçı və istehsalçı - bunlar hamısı bir sistemdir”. E.İbrahimovun sözlərinə görə, fermerlər tək özləri üçün heç nə edə bilmirlər. Komitə sədrinin fikrincə, Bakının rayonları kənd rayonları ilə müqavilə bağlamalı və kənd təsərrüfatı məhsullarına ehtiyacını o sənəddə göstərməlidir. Kənd rayonunda isə bu ehtiyaclara müvafiq istehsal həyata keçirilməlidir: “Elə hesab edirəm ki, ”Azərittifaq" yenidən bu işi öz üzərinə götürərsə, çox məqsədəmüvafiq olar. Həm fermerlərin işi yüngülləşər, həm də bazarlarda rəqabət əsasında ucuzlaşma baş verər. Bir sözlə, hesab edirəm ki, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatı məhsullarının, bu məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına daha uyğun gəlməsinə öz töhfəsini verə bilər".

Həbibə ABDULLA

379 dəfə baxılıb

[16.03.2010] - HÖKUMƏT PARLAMENTDƏ HESABAT VERMƏYƏ HAZIRLAŞIR

[16.03.2010] - MƏRKƏZİ BANKDA KADR DƏYİŞİKLİYİ

[16.03.2010] - RÖVNƏQ ABDULLAYEV 600 NƏFƏRİ İŞSİZ QOYUB

[15.03.2010] - AVROPA XƏZƏR SARIDAN NARAHATDIR

[15.03.2010] - “TOYOTA”nı ÇÖKDÜRƏ BİLƏRLƏR

[14.03.2010] - 9 GÜNLÜK BAYRAM TƏTİLİ HARAMIZA YARAŞIR...

[14.03.2010] - “PREZİDENTƏ YALAN MƏLUMAT VERİLİB”

[14.03.2010] - FÜZULİ ƏLƏKBƏROV 50 MİLYON MANATI “TAPIB”

[14.03.2010] - MURDAR ƏTDƏN DÖNƏR SATIŞI DAVAM EDİR

[14.03.2010] - BİZDƏ İŞIQPULUNU VERMƏYƏNİ AĞACA BAĞLAYIB DÖYÜRLƏR

[13.03.2010] - HÖKUMƏTİMİZ 4 MİLYARDIN İZİNİ İTİRİB!

[13.03.2010] - İŞ ADAMLARI İQTİSADİ REPRESSİYAYA MƏRUZ QOYULUR

[13.03.2010] - ZİYA MƏMMƏDOV ONLARLA ADAMI ÇÖRƏKSİZ QOYUR

[13.03.2010] - DEPUTATIN ZAVODUNU BAĞLADILAR

[12.03.2010] - “FORBES” MİLYARDERLƏRİN ADINI AÇIQLADI

[12.03.2010] - İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ HESABAT VERDİ

[12.03.2010] - ELMAN RÜSTƏMOV MÜAVİNİNİN “SƏHVİ”ni DÜZƏLTDİ

[12.03.2010] - İKİLİ MÜHASİBATLIĞI YARADANLAR ELƏ DÖVLƏT ORQANLARIDIR

[11.03.2010] - NEFTDƏN ASILILIĞIN PİK HƏDDİ

[11.03.2010] - DAHA BİR BANK MÜFLİS OLMAQ ƏRƏFƏSİNDƏ

ARXIV

Yeni MÜSAVAT © 2008