|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Xarici korrupsionerlər və diktatorlar öz pullarını rahat şəkildə Amerika banklarındakı hesablarında “yuyurlar”. Bu barədə ABŞ Senatının Milli Təhlükəsizlik Komitəsinin araşdırmalar üzrə alt komitəsinə təqdim edilmiş məxfi hesabatda deyilir. Komitənin sədri Karl Levin bildirib ki, banklar son zamanlar bu cür çirkli hesabları getdikcə daha çox bağlayır, lakin Amerika maliyyə sistemində korrupsionerlərin pullarının banklara axmasına imkan yaradan kifayət qədər mexanizm var. Senator deyib ki, aparılan araşdırmalar nəticəsində şok faktlar ortaya çıxıb. Belə ki, xarici ölkələrdən olan korrupsioner siyasi xadimlər və onların ailə üzvləri vəkillərin, lobbiçilərin, bankirlərin və cürbəcür agentlərin köməyi ilə Birləşmiş Ştatların antikorrupsiya qanunlarından yan keçə bilir. Senator Levin deyib ki, buna misal olaraq Ekvatorial Qvineyanın prezidenti Teodor Nqema Obianq Manqenin oğlunun ABŞ-dakı banklardan birinin hesabına 110 milyon dollar köçürməsini, Kaliforniya ştatının kurort şəhəri Malibuda 30 milyon dollara villa, həmçinin 38.5 milyon dollara reaktiv təyyarə almasını göstərmək olar. Siyasət şöbəsi 587 dəfə baxılıb
|
[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” [05.02.2012] - “AZƏRİQAZ”IN NÖVBƏTİ YALANI [04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR” [02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR [01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB [01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR [31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ [31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB [30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR |
| Yeni MÜSAVAT © 2008 |
|