|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Türkiyənin ən iri inşaat şirkətlərindən olan və Azərbaycanda bir sıra iri infrastruktur layihələri həyata keçirən “Turan Xəzinədaroğlu İnşaat”ın ciddi maliyyə sıxıntıları içərisində olduğu haqda bir neçə ay əvvəl xəbər vermişdik. Xatırladaq ki, şirkət qlobal iqtisadi böhran və digər amillərin təsiri ilə ağır duruma düşərək kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmirdi. Dünən Türkiyə mediasında yer alan yeni xəbərə görə, şirkətin vəziyyəti daha da ağırlaşıb və rəsmən müflis olmaq təhlükəsi ilə üzləşib. Belə ki, şirkətin borclu olduğu “Optima Factoring” şirkəti “Turan Xəzinədaroğlu İnşaat”ın rəsmən müflis elan edilməsi üçün məhkəməyə iddia qaldırıb. “Emlakkulisi.com” saytının xəbərinə görə, şirkət bu iddia ilə “Turan Xəzinədaroğlu İnşaat”ın müflis elan edilməsi halında ondan borclarını məhkəmə yolu ilə almağı təmin etmək istəyir. Belə ki, əgər şirkət müflis elan edilsə, o zaman bütün əmlakı dövlətin xüsusi fondunun mülkiyyətinə keçəcək və onların satılması hesabına borcluların pullarının heç olmasa bir qismi ödəniləcək. İddiaya İstanbul Ədliyyə 6-cı Ticarət Məhkəməsi baxır. İlk iclas aprelin 15-nə təyin olunub. Bildirilir ki, hazırda “Turan Xəzinədaroğlu İnşaat” olduqca ağır günlərini yaşayır və üzərinə götürdüyü layihələri başa çatdırmaq iqtidarında deyil. F.MƏMMƏDOV 1065 dəfə baxılıb
|
[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” [05.02.2012] - “AZƏRİQAZ”IN NÖVBƏTİ YALANI [04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR” [02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR [01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB [01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR [31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ [31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB [30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR |
| Yeni MÜSAVAT © 2008 |
|