 |
İqtisadiyyat
AVROPA “NABUCCO” LAYİHƏSİ ÜÇÜN HƏRƏKƏTƏ KEÇİR 2010-03-05 Reynhard Mitçek: “Bu ilin sonuna qədər hasilatçılarla müqavilə imzalanmasa layihə şübhə altında qalacaq”
|
Avropanın rus qazından asılılığını azaltmalı olan “Nabucco” qaz kəməri ətrafında yeni suallar ortaya çıxıb. Milyardlarla dollarlıq layihənin kimin tərəfindən qazla təchiz ediləcəyi barədə sualla yanaşı, onun tikilişinə maliyyə ayrılması kimi suallar lap əvvəldən “Nabucco”nun gələcəyi barədə ciddi problemlər yaratmışdı. BBC-nin məlumatına görə, bir gün əvvəl Sofiyada sona çatmış enerji sammitində Bolqarıstanın baş naziri Boris Boykov şikayət edib ki, ABŞ və Avropa İttifaqı layihəni yalnız sözdə dəstəkləyirlər. Bəs təchizat sazişlərinin bağlanacağı və investisiya qərarlarının qəbul ediləcəyi bu həlledici ildə “Nabucco” layihəsi ilə bağlı işlər nə yerdədir? “Nabucco” konsorsiumunun rəhbəri Raynhard Mitçek bu suala cavabında deyib ki, hazırda qaz alıcıları Azərbaycan, İraq, Türkmənistan və Misir kimi potensial qaz təchizatçıları ilə danışıqlar aparırlar. Qaz alıcıları danışıqları davam etdirəcəklər və bu il qaz alqısı və satış razılıqları imzalayacaqlar: "İlin sonuna kimi nəqletmə müqavilələrinin də imzalanacağını gözləyirik. 2010-ci ilin sonuna kimi yekun investisiya qərarının da əldə ediləcəyi gözlənilir". Mitçek deyib ki, o, Bolqarıstanın baş nazirinin mövqeyini bölüşür və hesab edir ki, siyasi qərar qəbul edənlərlə sənaye təmsilçiləri arasında əməkdaşlığı gücləndirmək lazımdır. “Siyasi dəstək hökumətlərarası sazişin imzalanması idi. Lakin bu xoşbəxt sonluq yox, uğurlu bir start kimi qiymətləndirilməlidir. Bütün səviyyələrdə hökumətlər bu çətin layihənin həyata keçirilməsi üçün şərait yaratmalıdırlar. Tikinti işləri, sahələrin boşaldılması kimi məsələlərdə lisenziyaların verilməsinə yardım göstərilməlidir ki, iş getsin”. İki gün əvvəl Bakıda səfərdə olan Böyük Britaniyanın enerji və ətraf mühit naziri Lord Hant isə deyib ki, onun hökuməti Xəzər bölgəsindən təbii qazın mümkün qədər tez Avropa istiqamətində nəqli üçün Cənub Dəhlizinin inkişafını görmək istərdi. “Böyük Britaniya Cənubi Dəhlizini dəstəkləyir. Yəni söhbət Xəzərdən Cənubi Avropa istiqamətində uzanacaq nəqliyyat şəbəkəsindən gedir. Təbii qaz nəqlinin potensial marşrutları üçün indi bir neçə istiqamət var. ”Nabucco" onlardan biridir. Ötən yay “Nabucco”ya dair hökumətlərarası saziş imzalandı. Kifayət qədər sanballı sənəddir. Lakin bu layihənin tərəqqi etməsi üçün müvafiq konsorsiuma daxil olan şirkətlər marşrut, qiymət və digər şərtlər barədə danışıqlar aparmalıdır. Bununla belə, Britaniya hökumətinin nöqteyi-nəzərindən hər-hansı ayrıca xətt deyil, Cənubi Korridor regional nəqliyyat şəbəkəsində mühüm halqa olmalıdır". Nazir onu da deyib ki, İran regionda iri qaz ehtiyatlarına malik olan ölkə olsa da, onun “Nabucco”ya qoşulması haqda danışmaq tezdir. Çünki İranla bağlı narahatlıq doğuran digər məsələlər var və bu məsələlər həll edilmədən enerji haqda danışmaq çətindir. Siyasət şöbəsi 586 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB ARXIV
|