|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) rəisi Aydın Bəşirov azərbaycanlı dənizçilərin xarici sularda üzləşdikləri problemlər və bu problemləri doğuran səbəblərlə bağlı maraqlı faktlar açıqlayıb. APA-nın məlumatına görə, A. Bəşirob bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıda bəzi adamlar Xəzər Dəniz Gəmiçiliyinin, yaxud ARDNŞ-in gəmiçiliyinin yan yörəsində gəzir, dənizçilərimizi tovlayıb xaricə aparırlar. “Nəticədə işlədikləri şirkətlərdən işə düzəltmə müqabilində faiz alırlar. Azərbaycan dənizçiləri xaricə yüksək maaş adı ilə gedirlər, amma ciblərindəkini də orada qoyub qayıdırlar”, - deyə A. Bəşirov vurğulayıb. Gəmiçilik rəisinin sözlərinə görə, xaricə işləməyə gedən dənizçilər orada 3 aylıq müqavilə bağlasalar da, onları 5-6 ay işlədir, 3 ayın pulunu verirlər. Onların çoxunu isə elə gəmilərə göndərirlər ki, həmin gəmilərin sahibləri bəlli olmur: “Məsələn, gəmi Malta və ya Banqladeş bayrağı altında üzür, sahibi isə Türkiyədə, İtaliyada, yaxud digər ölkədədir. Sonda çox zaman dənizçilərin gəmi şirkətlərinin sahiblərini məhkəməyə vermələrinin də nəticəsi olmur”. Xaricə gedənlərə bəzən nəinki maaş, heç geri qayıtmağa belə pul verilmədiyini qeyd edən A. Bəşirov İtaliyada, Sinqapurda geri qayıtmağa pul toplamaq üçün dənizçilərin bəzən dilənmək məcburiyyətində qaldıqlarını deyib: «Bir il əvvəl 35 yaşlı dənizçi getdi xaricdə işləməyə, meyiti gəldi. O qədər olub ki, gəmilərdə özlərini asıblar, çoxundan heç xəbəriniz yoxdur». A. Bəşirov bir çox azərbaycanlı dənizçinin xarici gəmilərdə saxta diplomlarla işlədiyini də qeyd edib: “Bəzən xaricə saxta diplomlarla gedirlər. Motorçu hardansa, Batumidən, Ukraynadan 5-6 min dollar verib diplom alır və baş mexanik kimi çalışır. Ya bosmandır, ya matros, amma sertifikat alıb, gəmidə kapitan işləyir. Mən elələrini çox tanıyıram. Elə gəmi var ki, heyət iki yerə bölünüb. Heyətin 70%-i azərbaycanlılar, qalanı ukraynalılar və digər millətlərdir. Kapitan bilmir, fırtınada gəmini necə qorusun”. XDG rəisi hazırda rəhbərlik etdiyi qurumda boş iş yerlərinin olduğunu, mütəxəssislərə ehtiyac duyulduğunu, işçilərə isə xaricdəkindən yüksək əməkhaqqı verdiklərini qeyd edib. A. Bəşirovun sözlərinə görə, Azərbaycanda gəmiçinin əməkhaqqı orta hesabla 1000 manata yaxındır. Daxili sularda üzən dənizçilər 3 gündən bir ailəsinin yanında olur, həmçinin təqaüdə çıxdıqda yaxşı pensiya alırlar: «İndi başqa variant tapıblar. Gedib xaricdə işləyir, son 3 ili isə XDG-də işləyib buradan pensiyaya çıxmağa çalışırlar. Bu gün XDG-də bütün sahələr üzrə vakant iş yeri var. Gəlsinlər işləməyə, yaxşı sənətkardırlarsa, işə götürəcəyik. Saxta diplomlular isə işə götürülməyəcək. Çünki onlar gündə bir gəmini batıracaqlar”. Xəbər xidməti 896 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB |
| Yeni MÜSAVAT © 2008 |
|