13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

AZƏRBAYCANDAKI BANKLARIN SAYI 20-yə ENDİRİLƏCƏK

2010-03-06

Mərkəzi Bank banklara bir il vaxt verdi

“Azərbaycanda 46 bankın fəaliyyət göstərməsi normadan artıqdır”. Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Alim Quliyev dünən jurnalistlərə açıqlamasında bildirdi ki, ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur: “Biz hesab edirik ki, bu kimi ölkələr üçün 15-20 bank kifayətdir”.

Onun sözlərinə görə, hesablaşma, aktivlər və digər göstəricilərə görə indiki 46 bankdan yalnız 20 bank sistem əhəmiyyətli bank hesab oluna bilər. Bu səbəbdən də MB-nin hədəflərindən biri konsolidasiya strategiyasının hazırlanması və onun həyata keçirilməsidir: “Bir sıra banklara təklif olunacaq ki, kiçik və zəif banklar birləşmə yolu ilə daha iri təşkilata çevrilsin. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmək variantı təklif olunur. Nəhayət, həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılacaq”.
A.Quliyev vurğulayıb ki, strategiyanın tələbləri artıq hazırlanır və təbii ki, təklif olunan yollardan birini seçmək üçün banklara müəyyən vaxt veriləcək. Bu prosesin 2010-cu ildə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda ölkədə 46 bank fəaliyyət göstərir.

HƏBİBƏ

981 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008