13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“GÖMRÜKDƏ “3G” ƏHVALATI”nın MABƏDİ

2010-03-06

Gömrükçülərin redaksiyamıza göndərdiyi qəbz vəziyyəti lap qəlizləşdirib: o məbləğdə rüsumu hansı əsasla alıblar?

Qəzetimizin 1 mart tarixli sayında bir nehrəmli ağsaqqaldan 11 telefona görə 800 dollar alınması və dövlətə 15 manat 60 qəpik çatması haqda məlumat vermişdik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən yazdıqlarımıza reaksiya gəlib. Amma bu reaksiya ortaya daha ziddiyyətli məqamlar çıxarıb.

Yazıda qeyd olunurdu ki, bir neçə gün öncə nehrəmli ağsaqqalın böyük oğlu və onun bacanağı Dubaydan qayıdarkən özləri ilə Çin istehsalı olan 11 ədəd mobil telefon aparatı gətirib. Ancaq hava limanında onlara problem yaradıblar - 11 telefon üçün 1000 manat tələb ediblər.
Telefonların birini Dubayda 150 dollara alan şəxslər bu təkliflə razılaşmayıb, çünki üstlərində o qədər pul olmayıb. Belə olanda gömrük məntəqəsində telefonları onlardan alıb, aktlaşdırıb və məntəqənin karqo anbarına aparıblar.
Ertəsi gün məsələyə hadisəni bizə danışan ağsaqqal qarışıb. O, Nazirlər Kabinetinin gömrük rüsumlarına dair axırıncı sərəncamına diqqət yetirərək aşkarlayıb ki, ölkəyə gətirilən hər bir telefondan 15 manat rüsum alınmalıdır. Bundan sonra gömrük məntəqəsinə müraciət edən ağsaqqal telefonlara görə 165 manat ödəyərək oğlunun halal malını götürmək istəyib. Ancaq gömrükçülər başqa söz deyiblər. Məntəqənin Əlamət və İsmayıl adlı məsul işçiləri onlardan 850 manat istəyib. “Sonda məcbur qalıb üstümdə 800 dollar olduğunu dedim. Onlar öz aralarında məsləhətləşəndən sonra razılaşdılar və pulu ödəyib telefonları götürdüm” - deyə həmsöhbətimiz bildirmişdi.
Yazı qəzetimizdə çap ediləndən sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Anar Cahangirov redaksiyamızla əlaqə saxlayaraq bunları bildirdi: “Telefonlar gömrükdə bazar qiyməti ilə tənzimlənmir. Həmin şəxsin gətirdiyi telefonların hər birinə 148 manat qiymət qoyulub. Ümumilikdə 11 ədəd telefona 1633 manat 31 qəpik qiymət qoyulub və 642 manat 1 qəpik rüsum alınıb. Ola bilsin ki, onlardan telefonlar Bakı karqo terminalının anbarına aparıldığı üçün 15 manat 70 qəpik alınıb”.
A.Cahangirov alınan bütün məbləğlərin rəsmiləşdirildiyini dedi. Vətəndaşın ödənilən pulun dollarla verildiyi halda mədaxil qəbzində məbləğin manatla göstərilməsinə gəlincə isə idarənin əməkdaşı bildirdi ki, gömrük mədaxil orderində ödənilən məbləğin 799 dollar 23 sent göstərilib (şəkildə).
Nehrəmli ağsaqqalla birlikdə apardığımız araşdırma zamanı yeni detallar aşkar etdik. Belə ki, Dövlət Gömrük Komitəsinin www.az-customs.net saytının “Gömrük tarifləri” bölməsinin “Tariflər” hissəsinə daxil olduq və 85-ci qrupu açaraq orada 85225209100 sıradakı (şəkildə) tarif dərəcəsinə baxdıq. Məlum oldu ki, 1 ədəd telefona görə 15 dollar rüsum alınır. Bu, həmin cədvəldə də aydın göstərilib.
Nehrəmli ağsaqqalın məsələyə münasibəti isə belə oldu: “Təkrar bildirirəm ki, Əlamət adlı şəxsə 800 dollar vermişik. Kassaya isə 15 manat 70 qəpik ödəmişik. Amma bizə heç bir çek verilməyib. Yazı qəzetdə çıxandan sonra 800 dolları kassaya mədaxil ediblərsə, bizim bu əməliyyatdan xəbərimiz yoxdur və bizə hər hansı rəsmi sənəd təqdim olunmayıb. Gömrük məntəqəsi rəhbərlərinin diqqətinə çatdırmaq istəyirəm ki, hava limanının karqo anbarında saxlanılan mallar üçün 48 saat müddətində saxlanılan mallardan rüsum tutulmur”.
Müsahibimiz daha bir maraqlı faktı açaraq gömrük məntəqəsində süni gömrük rüsumu yaradılmasını söylədi: “11 telefon iki nəfərə məxsus olub. Amma telefonlar yalnız Ceyhun Əliyevin adına aktlaşdırılıb. Məlumat üçün bildirim ki, xaricdən gətirilən malların qiyməti 1000 manata qədər olduqda ondan gömrük rüsumu tutulmur. Bunlar isə iki şəxsə aid olan telefonları bir şəxsin adına aktlaşdıraraq süni rüsum yaradıblar”.

SAMİR

915 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008