13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

DUBAY ŞİRKƏTİ BAKIDA 1 MİLYARDLIQ LAYİHƏ ALIR

2010-03-07

“Arabtec Holdinq” paytaxtımızda beş qüllədən ibarət ayparaşəkilli super otel və yaşayış kompleksinin tikintisinə dair tenderə qatılıb

Birləşmiş Ərəb Əmirliklərinin ən iri tikinti şirkətlərindən biri “Arabtec Holdinq” Bakının mərkəzində beş qüllədən ibarət aypara şəkilli (layihənin adı da “Aypara”dır) super-dəbdəbəli otel və yaşayış kompleksinin inşasına dair elan olunan tenderə qatılıb. Xəbərlərə görə, paralel olaraq neçə vaxtdır böhranla üzləşən bu şirkət öz səhmlərinin 70 faizini Birləşmiş Ərəb Əmirliklərinin ən iri investisiya şirkətlərindən biri olan “Aabar Investments PJSC”ə satmağa razılaşıb.

Ərəb mənbələrinin məlumatlarına görə, sözügedən tikinti şirkəti Dubayda tikinti sektorunda hökm sürən böhranla bağlı xarici ölkələrə ekspansiya etməyə hazırlaşır. Bildirilir ki, Dubayda bu yaxınlarda istifadəyə verilən və dünyanın ən hündür binası olan “Burc Dubai” binasını da bu şirkət inşa edib. Lakin hazırda Dubayda maliyyə böhranı nəticəsində tikinti sektoru çöküb və əksər tikinti layihələri yarımçıq qalıb, həmçinin daşınmaz əmlakın qiyməti kəskin ucuzlaşıb.
Məlumata görə, “Aypara” kompleksi hər birində 30-dan çox mərtəbə olan beş göydələndən ibarət olacaq. Bu binalar elit yaşayış kompleksləri, biznes və ofis mərkəzləri və 360 nömrədən ibarət otel kimi nəzərdə tutulur. Layihənin Xəzər dənizinin sahilində inşa edilməsi planlaşdırılır. Layihəni Azərbaycandan hansı təşkilatın irəli sürdüyü məlum deyil.
Məlumatda deyilir ki, son zamanlar Bakıda da torpaq sahələrinin və daşınmaz əmlakın qiymətinin ucuzlaşması müşahidə edilir. İstisna deyil ki, iri Dubay şirkətini də Azərbaycana bu ucuzlaşma cəlb edib. Sözügedən kompleksin 2013-cü ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur. “Arabtec Holdinq” şirkəti Rusiyanın “Qazprom” şirkəti tərəfindən irəli sürülən və Sankt-Peterburqda inşa edilməkdə olan ictimai-işgüzar rayonun - “Oxta-Sentr”in də baş podratçısıdır. Şirkətin əldə etdiyi tikinti layihələrinin ümumi dəyəri 10,6 milyard dollardır. Bununla belə şirkət ötən il Dubayda hökm sürən tikinti böhranı ilə bağlı 1,7 milyard dollar ziyana düşüb. Bildirilir ki, şirkətin “Aabar Investments PJSC”lə birləşməsi bu ilin aprel ayında başa çatmalıdır. Bu sövdələşmə şirkətə Bakıdakı layihənin həyata keçirilməsi üçün imkan yarada bilər.
Şirkətin nümayəndəsi deyib ki, onlar Bakıdakı “Aypara” layihəsi üçün sifarişçidən 1 milyard dollardan yuxarı almağı nəzərdə tuturlar. Lakin hələ danışıqlar gedir və sövdələşmə əldə edilməyib.

F.MƏMMƏDOV

1886 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008