13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

AZƏRBAYCANDAN İŞSİZLƏRİN BÖYÜK KÖÇÜ BAŞLAYIB

2010-03-07

Vətəndaşların ölkədən getməsinə səbəb işsizlik və əmək haqqının azlığıdır

Dövlət Statistika Komitəsi 2009-cu ilin iyul, sentyabr və noyabr aylarında hər ay bir həftə ərzində ölkənin bütün sərhəd-buraxılış məntəqələrində bütövlükdə 15 min miqrantı əhatə etməklə “Miqrasiya proseslərinin öyrənilməsinə dair” seçmə statistik müayinə keçirib. Müayinə Azərbaycan prezidentinin 2007-ci il 26 dekabr tarixli 2583 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın 3.3 bəndinə uyğun olaraq aparılıb. Statistik müayinənin keçirilməsində əsas məqsəd ölkədə miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsindən, miqrasiya axınları haqqında statistik məlumatların dəqiqləşdirilməsi və onun istiqamətlərinin, eləcə də səbəblərinin müəyyənləşdirilməsindən ibarət olub.

Statistik müayinə ilə əhatə olunmuş miqrantların 7501 nəfəri ölkəyə gələnlər, 7499 nəfəri isə ölkədən gedənlər olub. Gələnlərin 66,2 faizini, gedənlərin isə 66,8 faizini kişilər təşkil edib. Müayinənin nəticələrinə görə, Azərbaycandan işləməyə gedənlərin sayı ölkəmizə işləməyə gələnlərin sayından 2,2 dəfə, müalicəyə gedənlərin sayı gələnlərdən 2,8 dəfə, oxumağa gedənlərin sayı gələnlərdən 63,6 faiz, turist kimi ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən 38,4 faiz çox olub.
Mütləq əksəriyyətini gənclər təşkil edən oxumağa gedən və gələnlər, eləcə də 50 və yuxarı yaşda olan, müalicəyə gedən və ya gələn miqrantlar istisna edilməklə, miqrasiyanın yerdə qalan məqsədləri üzrə istər gələnlər, istərsə də gedənlər arasında 30-49 yaşında miqrantlar çoxluq təşkil edib.
Müayinənin yekunlarına görə, Azərbaycana gələnlərin 46,6 faizi MDB üzvü olan dövlətlərdən (onların ümumi sayından 39,2 faizi Rusiya Federasiyasından gələnlərdir), 13,2 faizi Türkiyədən, 13,0 faizi Gürcüstandan, 11,7 faizi İran İslam Respublikasından gələnlərdir. Sonrakı yerlərdə Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Böyük Britaniya və digər ölkələrdən gələnlərdir. Ölkədən gedənlərin isə 47,7 faizi MDB ölkələrinə (onların ümumi sayından 44,5 faizi Rusiya Federasiyasına) 13,8 faizi Türkiyəyə, 11,5 faizi Gürcüstana,10,8 faizi İran İslam Respublikasına, 16,2 faizi isə digər ölkələrə gedənlərdir.
Müayinənin nəticələri göstərir ki, gələnlərin 39 faizini ali, 23,2 faizini orta ixtisas, gedənlərin isə 37,5 faizini ali, 24,5 faizini orta ixtisas təhsili olan mütəxəssislər təşkil edib.
Həm Azərbaycana gələnlər, həm də Azərbaycandan gedənlər arasında əvvəl yaşadığı ölkəni tərk etməyin əsas səbəbləri kimi şəxsi və ailə problemləri, iş tapmaq imkansızlığı, əmək haqqının azlığı göstərilib.
İş tapmaq imkanı olmadığına görə ölkəyə gələn miqrantların 82,3 faizi, gedənlərin isə 85 faizini azərbaycanlılar təşkil edib. Əmək haqqının azlığına görə, öz ölkəsini tərk edib Azərbaycana gələnlərin 77,3 faizini, Azərbaycandan gedənlərin isə 86,9 faizini milliyyətcə azərbaycanlılar təşkil edib.

Xəbər xidməti

2174 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008