12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

HANSI BANKLAR LƏĞV EDİLƏCƏK?

2010-03-07

Bu sırada “Bank of Azerbaijan”ın da adı hallanır

Xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondunun tövsiyəsi ilə Azərbaycanda bankların sayı azaldılacaq. Mərkəzi Bankın (MB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev mətbuata açıqlamasında bildirib ki, bankların sayə 20-dək azaldılacaq.

Onun sözlərinə görə, ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur. A.Quliyev qeyd edib ki, indiki 46 bankdan yalnız 20 bank sistem üçün əhəmiyyətli hesab oluna bilər: “Bir sıra banklara təklif olunacaq ki, kiçik və zəif banklar birləşmə yolu ilə daha iri təşkilata çevrilsin. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmək variantı təklif olunur. Nəhayət, həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılacaq”.
Qeyd edək prosesin bu il reallaşacağı bildirilir. Bağlanan banklar hansılar olacaq? Onların arasında nüfuzlu qurumlar da olacaqmı? Suala cavab axtarmazdan öncə qeyd edək ki, bu sırada artıq “Bank of Azerbaijan”ın adı hallanır. Bildirilir ki, son vaxtlar yaşadığı böhrana rəğmən həmin bank “dirilməyə” bilər. Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov və onun şəriki Hafiz Məmmədov tərəfindən “Bank of Azerbaijan”dan götürülən külli miqdarda kreditin geri qaytarılmaması az qala qurumum müflis elan olunmasına gətirib çıxarıb. Lakin ölkənin bank sistemində kifayət qədər nüfuza malik bir bankın müflis elan olunmasının bütövlükdə sistemə problem yaradacağını nəzərə alan MB “Bank of Azerbaijan”ın müflis elan olunmasını yasaqlayıb. Z.Məmmədova isə tapşırılıb ki, bankın vəziyyətini düzəltsin. Artıq bankda rəhbər dəyişikliyi edilib. Bunu MB sədrinin birinci müavini də təsdiqləyib. A.Quliyev əlavə edib ki, bank zərərlə işlədiyindən xərclərini azaltmaq məqsədilə bir sıra tədbirlərə əl atıb: “Yeni rəhbərlik öz strategiyasını həyata keçirir, xərclərini azaltmaq məqsədilə filial şəbəkəsini optimallaşdırır”.
Mövzu ilə bağlı söhbət etdiyimiz ekspertin sözlərinə görə, MB ölkənin bank sistemində əhəmiyyətli rola, ciddi göstəricilərə malik bankları ləğv etməməyə çalışacaq. Ekspert qeyd edir ki, bu cür banklar ləğv edilsə, bank sistemi bundan ciddi zərər görə bilər: “Amma bank kapitalında, ölkənin bank aktivlərində rolu olmayan, 5-3 min müştərisi olan, əmanətlərdə payı 2-3 faizlə hesablanan banklar bağlana bilər və bunun sistemə heç bir ziyanı dəyməz”. Ekspert həmçinin bildirdi ki, ölkədə bankın çox olması yaxşı hal deyil: “Xırda-xırda banklar çoxluq təşkil edir. Belə qurumlar qeyri-ciddi aura yaradırlar ki, bu da bütövlükdə bank sisteminə qarşı inamsızlığa, etimadsızlığa səbəb olur”. Bununla belə, həmsöhbətimizin fikrincə, hətta sonuncu yerlərdə duran bankın ləğvi, yaxud hansısa formada sıradan çıxması insanlarda inamın azalmasına gətirib çıxaracaq: “Hazırda bank sistemi olduqca həssas durumdadır, belə bir addımı reallaşdırmaq ciddi problemlər yaradacaq”.

Xəbər xidməti

3532 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008