13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

AZƏRBAYCANLILAR EV ALMAQ ÜÇÜN MAYAMİYƏ AXIŞIR

2010-03-08

ABŞ-ın bu məşhur kurort şəhərində daşınmaz əmlak kəskin ucuzlaşıb, orada Bakının ən ucqarlarından da ucuz ev almaq olar

ABŞ-ın və dünyanın ən məşhur kurort şəhərlərindən biri olan Mayamidə daşınmaz əmlak davam etməkdə olan iqtisadi böhranın təsiri altında kəskin ucuzlaşıb.

Türkiyə mətbuatının xəbərlərinə görə, böhrandan əvvəl Mayamidə tikintisi başa çatmamış super lüks evlər 1 milyon dollardan aşağı deyildi, lakin indi bu evlər tikintisi tamamlanmış halda cəmi 130 min dollara belə satılmır. Bu fürsəti görən imkanlı türklər və azərbaycanlılar ev almaq üçün Mayamiyə axın edir. Bildirilir ki, vaxtilə Mayamidə ev alanlar ancaq Sibel Can kimi məşhur müğənnilər və digər imkanlı adamlar idi. Ancaq indi bu şəhərdə cəmi 35 min dollara da ev tapmaq mümkündür. Ona görə də orta səviyyəli türklər də Mayamidə ev almaq fürsətini əldən qaçırmaq istəmirlər. Bildirilir ki, qiymətlərin kəskin ucuz olması səbəbindən bir çoxları hətta evlərə baxmağa da ehtiyac görmədən pullarını ödəyib alır. ABŞ-da davam etməkdə olan mənzil ipotekası böhranı üzündən amerikalıların əksəriyyəti Mayamidə yay aylarında dincəlmək üçün aldıqları evləri satışa çıxarıb. Onlar əldə etdikləri pulları hazırda yaşadıqları evlərin borclarını ödəmək üçün sərf edirlər. Məlumatlara görə, Mayamidən ev alanlar arasında türklər və azərbaycanlılarla yanaşı bir çox keçmiş sovet respublikalarından olanlar da var.
Türkiyənin əmlak bazarı analitiklərinin mövqeyinə görə Mayamidə daşınmaz əmlakın qiyməti uzun müddət bu cür ucuz qala bilməz və qiymətlər yenidən yüksələcək. Ona görə də daşınmaz əmlaka investisiya qoymaq istəyənlər üçün indi əsl fürsətdir. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-da ev almaqla bu ölkədə yaşayış icazəsi əldə edəcəyini düşünənlər səhv edirlər. Çünki Amerika qanunlarına görə bu iki məsələ arasında asılılıq yoxdur.

Siyasət şöbəsi

2146 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008